Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:22

Manat növbəti aylarda ucuzlaşacaqmı?


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə
Embed

No media source currently available

0:00 0:07:28 0:00
Direct-ə keçid

28 May metrosu ətrafında sıralanan valyuta dəyişmə məntəqələrinin qapısı bağlıdır. Pul dəyişməyə gəlib, geri qaydınlardan biri də Əziz Kərimovdur. Deyir ki, məntəqələrin gurhagur vaxtında – günorta saatlarında gedib pul dəyişməyə, amma qapısı açıq valyuta dəyişmə məntəqəsi qarşısına çıxmayıb:

«Olduğum valyuta dəyişmə məntəqələrinin hamısı bağlı idi. Məni kimi pul dəyişmək istəyən başqaları da var idi. Milli valyutaya dəyişmək istədiyim dollar və avro əlimdə qaldı. Axırda gedib öz hesabımdan bankomatdan pul çıxardım. Eşitdiyimə görə, Mərkəzi Bank valyuta dəyişmə məntəqələrində reydlər keçirir və bəzilərini bağlayıb. Bağlanmaqdan ehtiyatlanan digər məntəqələr də işləmir. Ancaq bankların içindəki valyuta dəyişmə məntəqələri fəaliyyətdədir. Orada da xeyli növbət olur».

BİR GÜNDƏ 10 VALYUTA DƏYİŞMƏ MƏTNƏQƏSİ BAĞLANIB

Arxiv fotosu
Arxiv fotosu

Fevralın 21-də Mərkəzin Bankın qərarı ilə manat dollara nisbətdə 34 faiz ucuzlaşdı. Əvvəllər 1 dollar 0,78 AZN idisə, indi 1 dollar 1,005 AZN-dir. Bundan sonra Mərkəzi Bank valyutaların alqı-satqısını nəzarətdə saxlamaq üçün monitorinqlərə başladı. Mərkəzi Bankın saytında sonuncu monitorinqlə bağlı məlumat fevralın 24-də yerləşdirilib. Həmin məlumatda deyilir ki, fevralın 23-də keçirilən monitorinq zamanı 6 bankın 10 valyuta dəyişmə məntəqəsində nöqsanlar aşkarlanıb və icazəsi ləğv olunub.

Mərkəzi Bank bildirir ki, bundan sonra da valyuta qanunvericiliyinə, özəlliklə, valyuta bazarında nəğd alqı-satqı əməliyyatlarının tələblərinə nəzarət davam etdiriləcək, hansısa pozuntu aşkarlanarsa müvafiq tədbirlər görüləcək.

BANKLAR NƏDƏN EHTİYATLANIR?

İqtisadçı ekspert Zöhrab İsmayıl valyuta bazarında yaranan problemin səbəbini elə məhz Mərkəzi Bankda görür. Əvvəlla, ona görə ki, Mərkəzi Bank manatı sabit saxlayıb, birdən uzuclaşdırdı və bazarda çaxnaşma saldı:

Banklar devalvasiyadan pul itirdilər. Ona görə, indi çox riskə getmirlər...

«Banklar devalvasiyadan pul itirdilər. Ona görə, indi çox riskə getmirlər. Bakının valyuta dəyişmə məntəqələrində dəqiq nə baş verdiyini demək çətindir. Amma görünən odur ki, Mərkəzi Bank bazarı tənzimləmək üçün nəzarəti gücləndirib. Çox təəssüf ki, küçələrdəki valyuta dəyişmə məntəqələrinin çoxunun fəaliyyəti qanunsuz olub. Əslində üzərlərinə hansısa bankın mətnəqəsi olduğu yazılsa da bəziləri qara bazar kimi çalışdırlar. Yəqin ki, onların fəaliyyətinə məhdudiyyət qoyulub. Banklarda bu vəziyyətin yaranmasının səbəbi daha çox onların ehtiyat etməsi ilə bağlıdır».

Zöhrab İsmayıl ehtiyat edirlər deyəndə bankların özlərini daha çox zərərçəkməmələrini nəzərdə tutur.

MARTIN SONUNDA MANATIN UCUZLAŞIB-UCUZLAŞMAYACAĞI BİLİNƏCƏK...

Yada salaq ki, dünya bazarında ötən ilin avqustdan neftin qiyməti ucuzlaşmağa başlayıb. Bununla da dollar digər valyutalara nisbətdə bahalanıb. Azərbaycan 8 ay manatı dollara nisbətdə sabit saxlaya bilmişdi. Amma fevralda manat ucuzlaşdı. İndi vətəndaşları bir sual düşündürür: manat bundan sonra da ucuzlaşacaqmı? Zöhrab İsmayıl deyir ki, bu daha çox neftin qiymətindən aslı olacaq, amma digər amillərdə var:

Zöhrab İsmayıl (Foto: Azad Fikir Universiteti)
Zöhrab İsmayıl (Foto: Azad Fikir Universiteti)

«Təəssüflər olsun ki, Azərbaycanın Mərkəzi Bankı kiyafət qədər şəffaf deyil. Digər ölkələrin Mərkəzi Bankları manata edilən müdaxilələr haqda gündəlik məlumatlar yerləşdirir. Banklar arası birjada nə qədər valyutanın alınıb, nə qədər satıldığı haqda məlumatlar verilmir deyə, Azərbaycanın valyuta bazarında nə baş verdiyini müəyyənləşdirmək çətindir. Ona görə, mart ayının sonu ilə bağlı Mərkəzi Bankın məlumatını gözləmək lazımdır ki, görək bazara yenə hansısa müdaxilə olubmu? Belkə, Mərkəzi Bank bu ay əksinə itirilmiş ehtiyatlarının bir hissəsini bərpa edib. Növbəti aylarda da ucuzlaşma olub-olmayacağı sualının cavabı mart ayının məlumatından sonra bilinəcək».

Azərbaycanın mərkəzi bankı son 3 ayda – dekabr, yanvar və fevralda valyuta bazarına ümumilikdə 4 milyard dollar müdaxilə edib.

XS
SM
MD
LG