Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Diyanət İşləri Başqanlığı süni mayalanmanı zina sayır


Foto: Arxiv
Foto: Arxiv

-

Türkiyənin Dini Komitəsi – Diyanət İşləri Başqanlığı bildirir ki, surroqat analıq dini baxımdan qəbuledilməzdir, çünki bunda zina elementləri var. Xəbəri «The Independent» Hurriyet Daily News-a istinadla yayıb.

Diyanət İşləri Başqanlığı yaydığı bəyanatda bildirib ki, evlənməmiş cütlüklər arasında süni mayalanma «insani hisslərin» təhqiri deməkdir. Qurumun mövqeyinə görə, süni mayalanmaya o zaman icazə verilər ki, sperma və yumurtalıq evli cütlüyə aid olsun.

Bəyanatda daha sonra deyilir ki, süni mayalanmanın uşağın valideynlərindən heç birinə mənfi təsiri aşkarlanmadığı üçün qəbulolunan metoda çevrilib.

«The Independent» yazır ki, modelyerlər Domenico DolceStefano Gabbana-nın süni mayalanma ilə doğulan uşaqları «sintetik» adlandırması qalmaqal yaradıb.

«Ənənəvi ailə yeganə ailə formasıdır. Kimyəvi övlada, kirayə uşaqlığa ehtiyac yoxdur. Həyatın təbii axını var və bu şeylər dəyişilməməlidir», - onlar İtaliyanın «Panorama» jurnalına deyiblər.

Müğənni Elton John-un əri David Furnish-lə süni mayalanmadan iki övladı var. O, «Instagram»da yazıb: «Süni mayalanmaya barmaq tuşladığınıza görə utanın – bu möcüzə ənənəvi və qey olan saysız sevənləri övlad sahibi olmaq arzusuna çatdırıb».

Diyanət son illərdə tatuya qarşı fitva verib, bildirib ki, tatu «varlığı dəyişir». Qurum bəyan edib ki, kişilər «zinət əşyasından kənar durmalıdır, bunlar qadın üçündür və Peyğəmbərimiz də belə buyurub».

AUX ARMES, JOURNALİSTES!

«Rusiya bir il öncə Krımı ilhaq etməyə hazırlaşanda, televiziya kanalları Ukraynada rejimi yıxan etirazçıları neonasist kütlə kimi təqdim edirdi və yarımadanın müdafiəsini istənilən artilleriya hücumu qədər zəiflədirdi. Bir ay sonra rusiyayönümlü yaraqlılar Donetski ələ keçirəndə onların ilk addımlarından biri televiziya mərkəzini tutmaq və Ukrayna verilişlərini əvvəl qadağan olunmuş Rusiya proqramları ilə əvəzləmək oldu».

«The Economist» yazır ki, Kremlin təbliğat maşını Rusiyanın Ukraynada apardığı «hibrid müharibə»nin əsas komponenti olub və Vladimir Putin-ə ölkə daxilində dəstəyi gücləndirib.

Putin Moskvada «Russia Today» telekanalının studiyasında - 2013
Putin Moskvada «Russia Today» telekanalının studiyasında - 2013

«Ancaq bu iş daha da yayılmaqdadır. Televiziya xidmətləri vasitəsilə Şərqi Avropa ölkələrinə keçir, izləyicilərə saxta xəbərlərlə doldurulmuş əyləncəli proqramlar təqdim olunur. Qərbə RT («Russia Today») formasında yayılır, Kremlin dəstəklədiyi kanal ingilis, ispan, fransız və alman dillərində yayımlanır. Yaxud da«New York Times» və «Daily Telegraph»da səliqəylə hazırlanmış əlavələr yerləşdirilir. Bu arada Kremlin trolları onlayn forumları, sosial şəbəkələri zəhərləməkdə davam edir».

Müəllif yazır ki, Moskvanın «informasiya silahlanması»nın cəbhə xəttində yerləşən ölkələr problemə diqqət çəkməyə çalışır. Avropa Birliyindən xahiş olunub ki, iyunadək Rusiyanın «dezinformasiya kampaniyası»nı önləmək üçün plan hazırlasın. Ancaq durum Britaniya ilə Baltik ölkələrində fərqlidir. Baltik ölkələrində rusdilli azlıqlar yaşayır. Yaxud Ukraynanın müharibə gedən hissəsi Rusiyanın yalanlarına daha çox məruz qalır. Buna görə də, rəsmilər ayrı-ayrı dövlətlərin daha çox iş görməli olduğunu vurğulayır.

«Bəziləri artıq hərəkətə gəlib: Estoniya sentyabrda rusdilli əhalini hədəfləyən televiziya kanalı açacaq. AB-nin ən böyük rusdilli azlığının yaşadığı Latviyada dövlət tərəfindən maliyyələşən kanalların açılması təklif olunur. Niderland hökuməti isə Avropa Demokratiya Fonduna maliyyə ayırıb ki, müxtəlif təklifləri nəzərdən keçirsin».

Yazıda qeyd olunur ki, Avropa rəsmiləri Rusiyanı təbliğat müharibəsinə çəkmədiklərini deyirlər. «Ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsini lazımınca qiymətləndirmədiyi kimi, Avropa dezinformasiya təhlükəsinin də əhəmiyyətini kiçildir. Avropa hərəkətə keçməli, reaksiya verməlidir».

ÇEXİYADAKI RUS CASUSLAR

«Newsweek» yazır ki, Praqa rusiyalı və çinli casusların əsas hədəfinə çevrilib. Onlar NATO kəşfiyyatına çıxış əldə etməyə çalışır və Çexiyanın AB üzvü kimi statusundan da yararlanırlar. Məlumatı Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəri verib. Bu yaxınlarda Çexiya mediasında məlumat yayılıb ki, üç şübhəli rusiyalı casusun Praqanı sakitcə tərk etməsi xahiş olunub. Çex hökuməti məlumatları şayiə adlandırıb, ancaq Rusiya kəşfiyyatı ilə uzun müddətdən bəri davam edən problemi barədə şayiələr yenidən baş qaldırıb.

Praqa
Praqa

General Andor Šándor Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəridir. O, 2002-ci ildə istefa verib. Onun sözlərincə, Praqada Rusiya casusları nadir hadisə deyil.

«İndi durum Soyuq Müharibə dövründə olduğundan daha pisdir. O vaxt rusiyalılar bizi izləmirdilər, almanlar və ABŞ da casuslarını geri çəkmişdi. İndi isə ölkəmizə əsas kəşfiyyat təhlükəsi rusiyalılar və çinlilərdən gəlir».

General Šándor-un dediyinə görə, Ukraynada münaqişə başlanandan Rusiya Çexiyada casuslarını artırıb.

Çexiya Təhlükəsizlik İnformasiya Xidməti xəbərdarlıq edib ki, Ukrayna böhranı başlayandan Rusiya «həddən artıq çox» casus göndərib. General Šándor inanır ki, Moskva Çexiyanın enerji ehtiyatlarına, NATO informasiyasına çıxışına və AB üzvü kimi statusuna maraq göstərir.

«Rusiyalılar istəyir ki, biz AB və NATO üçün daha az etibarlı tərəfdaşlar olaq. Yaxşı yerdən tutublar, çünki siyasi səhnəmiz ikiyə bölünüb. Kimsə NATO-ya dəstək göstərir, kimsə də deyir ki, keçmişdə daha yaxşı idi. Unutmayın, kiçik ölkəyik, vaxtilə, 35 il əvvəl burada 100 min sovet hərbçisi vardı. Rusiyalılar da ölkəmizi çox yaxşı tanıyırlar», - General Šándor deyir.

Çexiyanı kəşfiyyat mənbələri Rusiya səfirliyinin 30 əməkdaşının casus olduğunu bildirir. General Šándor-un sözlərincə, Rusiya səfirlik əməkdaşlarının nə qədərinin casus olduğunu demək çətindir, ancaq səfirliyin 150-dək əməkdaşı var, baxmayaraq ki, ABŞ səfirliyi 70 işçi saxlayır. Çinin isə Çexiya ərazisində 28 casusunun olduğu bildirilir.

XS
SM
MD
LG