Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Dollar bayramda bahalaşdı


Dollar
Dollar

-

ANS «Dollar bayramda bahalaşdı» yazır.

Sayta danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, Novruz bayramında manat yenidən dəyər itirməkdədir. Mütəxəssisin sözlərincə, əksər valyutadəyişmə məntəqələri Mərkəzi Bankın müəyyənləşdirdiyi 2 faizlik marjada ən yüksək kursu təklif edirlər:

«Mərkəzi Bankın martın 19-da təsadüf edən sonuncu rəsmi məzənnəsində 1 ABŞ dolları üçün 1.0486 manat müəyyənləşdirilsə də, əksər valyutadəyişmə məntəqələrində dollar 1.067 manata təklif edilir».

Bayram günlərində manatın daha da ucuzlaşması nə ilə bağlıdır? Vüqar Bayramov deyib ki, dolların məzənnəsinin yüksəlməsi Novruz bayramında xaricə gedənlərin sayının artması ilə bağlıdır. Onlar manatlarını dollara çevirdiklərindən xarici valyutaya tələb artıb, dollar təklifi azalıb. Nəticədə dollar bahalanıb.

«MANATIN İKİNCİ DEVALVASİYASI DA MÜMKÜNDÜR»

Vaşinqtonda səfərdə olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu «Amerikanın Səsi»nə müsahibədə manatın dəyər itirməsinin sadə insanların həyatına təsiri, manatın gələcəyi, etibarlılığı və ona təsir edən amillərdən danışıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Q.İbadoğlu istənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırdığını bildirib:

«Neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür. Manatın gerçək dəyəri ilə dolların faktiki dəyəri arasında hələ böyük fərq var. Bunu yəqin Azərbaycan Mərkəzi Bankı müəyyən dövr üçün intervensiya etməklə saxlamalıdır. Ancaq ola bilər ki, bir müddətdən sonra yenə də belə bir devalvasiya ilə qarşılaşaq. İstənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırıram».​

«SAAKASHVILI ƏFSANƏSİ GERİ DÖNÜR»

Azərbaycan mediası bu günlərdə Gürcüstanda baş verənlərə xüsusi diqqət ayırır. Məsələn, «Yeni çağ» yazır: «Saakashvili əfsanəsi geri dönür».

Mikheil Saakashvili
Mikheil Saakashvili

Politoloq Tofiq Abbasov Saakashvili-nin hakimiyyətə dönə biləcəyini nəzəri baxımdan mümkün sayır:

«İndi Qərb tərəfindən himayə edilən qüvvələr bir növ revanş fikri ilə yenidən üstünlüyü ələ keçirmək planları üzərində çalışırlar. Lakin qərbpərəst düşərgədə artıq yeni personalar peyda olur. Bu baxımdan Saakashvili-nin əsas vəzifəsi ondan ibarətdir ki, həmin qüvvələrlə ortaq məxrəc tapıb yeni qayıdış strategiyasına dəstək alsın».

Tofiq Abbasovun sözlərincə, «nəzərə alanda ki, yeni liderlər sırasında vaxtı ilə məhz Saakashvili-nin repressiyalarından ölkəni tərk etmiş siyasi simalar da var, vahid qərbyönlü dəstəni qurmaq bir o qədər də asan olmayacaq.

Bununla belə, politoloqun qənaətincə, Vaşinqton var-qüvvəsi ilə çalışacaq ki, növbəti parlament seçkilərində Ivanishvili-Garibashvili tandemi məğlub olsun. Bu, baş verdiyi təqdirdə Saakashvili-nin şansları artacaq.

XS
SM
MD
LG