Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Avropa Komissiyası Azərbaycanda insan haqlarının vəziyyətini kəskin pisləyib


Foto arxiv
Foto arxiv

Avropa Komissiyası martın 25-də Avropa yaxın qonşuluq proqramına daxil olan ölkələrlə bağlı növbəti hesabatını yayıb.

Hesabat 2014-cü ildə bu ölkələrdə qüsurlar və əldə olunmuş uğurları əhatə edir.

Hesabatın Azərbaycana aid hissəsində bu ölkədə demokratiyaya keçid, insan haqları və fundamental azadlıqlar sahəsində kəskin geriləmə olduğu bildirilir.

Hesabatda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin kəskin məhdudlaşdırıldığı,bir sıra tanınmış hüquq müdafiəçilərinin həbsə atıldığı, onların ölkədən çıxışına qadağa qoyulduğu və bank hesablarının dondurulduğu qeyd olunur.

Avropa Birliyi Azərbaycan hakimiyyətini demokratiya və insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa və vətəndaş cəmiyyəti üçün daha yaxşı siyasi və hüquqi şərait yaratmağa çağırır.

Sənəddə həmçinin son vaxtlar Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi , təmas xəttində baş verən silahlı insidentlər və itkilərdən narahatlıq bildirilir.

Hesabatda həmçinin Şərq tərəfdaşlığı proqramına daxil olan Gürcüstan, Ukrayna, Moldova və Ermənistandakı vəziyyətdən bəs edilir.

Ukaynaya gəldikdə bu ölkənin şərqindəki müharibə və iqtisadi problemlərə görə islahatların çox çətin getdiyi bildirilir.

Ölkənin şərqi və Rusiyanın ilhaq elədiyi Krımda insan haqları sahəsində vəziyyətin kəskin pisləşdiyi qeyd olunur.

Gürcüstanda isə demokratiyaya keçidin davam etdirildiyi, amma azlıqların vəziyyəti və bir sıra sahələrdə qüsurlar olduğu bildirilir.

Hesabatda həmçinin Rusiyanın Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziya ilə strateji tərəfdaşlıq müqaviıləri imzalaması Gürcüstanın suverenliyinin pozulması kimi qiymətləndirilir.

Amma Avropa Komissiyası Moldovoda insan haqları və fundamental azadlıqlar sahəsində irəliləyiş olduğunu bildirir.

Ermənistana gəldikdə isə bu ölkəylə yeni hərtərəfli müqavilənin uzaqda olmadığı vurğulanır.

XS
SM
MD
LG