Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Soros Ukraynaya 1 milyard yatırmağa hazırdır


Ukraynanın baş naziri Arseniy Yatsenyk (solda) George Soros-la görüşdə, 5 mart, 2015
Ukraynanın baş naziri Arseniy Yatsenyk (solda) George Soros-la görüşdə, 5 mart, 2015

-

Milyarder maliyyəçi George Soros deyir ki, Ukraynaya 1 milyard dollar yatırmağa hazırdır. Ancaq gərək Qərb şirkətləri bu ölkədə özəl investisiyaya dəstək versin. Martın 30-da Avstriyanın Der Standard qəzetinə müsahibəsində Soros “Mən hazıram” deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı və infrastruktur layihələri ilə bağlı konkret investisiya ideyaları var. Soros deyir ki, Qərb Ukraynanı investorlar üçün daha cazibədar edə bilər. Bunun üçün onları siyasi risklərdən qorumalıdır. Bu da “AB faiz dərəcələri -- sıfıra çox yaxın həddə” maliyyələşdirmə ilə həyata keçirilə bilər.

Ukraynanın şərqində rusiyapərəsət separatçılarla münaqişə ölkədə iqtisadi problemlər yaradıb. Çinin CITIC Construction şirkəti martın 26-da bildirib ki, yaşayış evlərinin tikintisi üçün Ukraynaya 15 il ərzində 15 milyard dollarlıq aşağı faizli kredit ayıra bilər.

Bu ayın əvvəlində Beynəlxalq Valyuta Fondu Ukraynana 17.5 milyard dollarlıq subsidiya ayırıb.

XS
SM
MD
LG