Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

«Gəmiqaya Holding» Nehrəm zəmilərini «şumlayır»- [video]


«Gəmiqaya Holding» Nehrəm zəmilərini «şumlayır»- [video]
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

«Gəmiqaya Holding» Nehrəm zəmilərini «şumlayır»- [video]

-

Naxçıvanın Nehrəm kəndinə su xətti çəkən ağır texnikalar əkin sahələrini yararsız hala salır. Bu haqda AzadlıqRadiosuna məlumat verən kənd sakinlərinin sözlərinə görə, dağıdılan sahələr əsasən taxıl əkilən pay torpaqlarıdır. Onlar bildirir ki, su xəttini çəkmək Naxçıvanda fəaliyyət göstərən «Gəmiqaya Holding» Şirkətlər İttifaqına həvalə olunub. Sakinlər deyir ki, şirkətin traktorları əkinin bir hissəsi qazaraq, digər hissəsi də texnikaların tırtılları altına salaraq məhv edirlər.

Nerəm kəndi uzun illərdir ki, əkin suyu sarıdan əziyyət çəkir. Kənd sakinləri zaman-zaman bu haqda AzadlıqRadisuna məlumatlat veriblər.

«BORULARI DOLDURMAĞA SU EHTİYATI DA YOXDUR...»​

Kənd sakini Məhəmməd Məmmədov deyir ki, su xəttinin çəkiləcəyini eşidəndə sevinsələr də bu, sevinc uzun sürməyib:

«Gəmiqaya Holding guya su çəkib camaatı «ağ günə» çıxarmaq istəyir. Əslində isə bizi «qara günə» salıblar. Ucuz başa gəlsin deyə, su xəttini payızda əkilən zəmilərin içərisindən salıblar. Şirkət özlərinindir deyə, qarşısını alan yoxdur. 20-yə yaxın ağır texnikanı salıblar əkinlərin içərisinə. Bir tərəfdən qazırlar, bir tərəfdən də texnikaların tırtılları yerimizi məhv edir. Demək olar ki, hamıya ciddi ziyan dəyib. Başqa dövlətlərdə belə olanda dəymiş ziyana görə kompensasiya ödəyirlər. Bizə bir qəpik də vermirlər. Borunu çəkirlər, onun içinə vurmağa isə su yoxdur axı. Özlərin qonşu kənddə 1500 hektar yer əkiblər. Muxtar respublikada bütün su ehtiyatlarını həmin yerlərə verilir. Birazdan o ehtiyatlar da tükənəcək. Borulara nə vuracaqlar, başa düşmürük. Muxtar respublikada harada xam torpaqlar var, özləri əkir, suyu da ora aparırlar».

Arxiv fotosu
Arxiv fotosu

«​100 HEKTAR SAHƏYƏ ZİYAN DƏYİB»​

Məhəmməd Məmmədov deyir ki, içərisinə su vurulacağı sual altında olan boru xəttinin çəkilməsi 100 hektara yaxın sahəni yararsız hala salıb:

«Su olmaya-olmaya boş borunu niyə çəkirlər, anlamırıq. Çəkirdilərsə, bunu payızda, əkin biçiləndən sonra çəkəydilər. Yaxud da əvvəldən camaata deyərdilər ki, burada belə bir iş gedəcək, yerlərinizi əkməyin. Adamlar tanıyıram ki, əkin sahəsini nisyə sürdürüb, taxılı nisyə alıb əkib, hələ pulunu verməyib. Ümidini bağlamışıdı ki, biçin vaxtı borcunu qaytaracaq. İndi də əkinini qazıb-tökürlər. Vətəndaş nə etməlidir? Bunun ziyanını kim ödəyəcək. Guya ki, bu xalqa xidmət etmək oldu? Bu xalqa yox, öz ciblərinə xidmətdir. 20 texnika zəminin içərisində fırlanır. Orada nə taxıl olacaq? Təxminən camaatın pay torpağı olan 100 hektar yer zay oldu».

«​3-5 METR YER KORLANIB...»​

«Gəmiqaya Holding» Şirkətlər İttifaqından kənd sakinlərin iddialarına münasibət bildirmədilər.

Babək rayon Nehrəm kənd icra Nümayəndəsi Təvəkkül Ələkbərov da sakinlərin iddiaları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina etdi.

Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov zəmilərin arası ilə kəndə su çəkildiyi təsdiqlədi. Lakin o, dəyən ziyanın kən sakinləri tərəfindən şişirdildiyini bildirir:

«Meliorasiya tədbiridir, dövlət proqramı çərçivəsində su çəkirlər. Şorlaşmaya qarşı tədbir görülür. 3-5 metr yer korlanıb da, qazırlar su çəkmək üçün. Kəndin suyu yoxdu. Nə etmək olar? Ziyanı indi ediblər ki, payız əkininə kimi su olsun. İndi quraqlıqdı. Quraqlıqda çəkirlər ki, payızda su olsun. Yalan deyirlər ki, 100 hektar yer korlanıb».

«​GƏMIQAYA HOLDING»​ KİMİNDİR?

«Gəmiqaya Holding» Şirkətlər İttifaqının Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbova məxsus olduğu bildirilir. Facebook-da Rza Talıbova məxsus özəl şəkillərinin paylaşıldığı «Rza Talıbov» adlı səhifədə də Ali Məclis sədrinin oğlu özünü «Gəmiqaya Holding» Şirkətlər İttifaqının prezidenti kimi təqdim edir.

XS
SM
MD
LG