Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Maliyyə Naziri: «Manatın məzənnəsi bazardan aslıdır»


Samir Şərifov, Maliyyə naziri
Samir Şərifov, Maliyyə naziri

«Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır».

APA-nın xəbərinə görə, Maliyyə naziri Samir Şərifov belə deyib. Nazir əlavə edib ki, gələcəkdə də manatın məzənnəsi «bazarda baş verən hadisələrdən» asılı olaraq dəyişəcək:

«Bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda özünü biruzə verir. Azərbaycanın milli valyutası olan manatın məzənnəsində də biz bunu müşahidə edirik. Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə əlaqədardır. Əvvəlki illərdə biz manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdıq. Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyəti mənfi təsirlərə məruz qalmasın».

YOXSULLUĞUN SƏVİYYƏSİ 10 DƏFƏ AZALIB...

Bu gün - mayın 2-də Samir Şərifov Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən seminarda çıxış edib. Nazir Azərbaycanda yoxsulluğun səviyyəsinin 50%-dən 5%-ə qədər azaldığını deyib.

Bakı, Azərbaycan
Bakı, Azərbaycan

S. Şərifov bildirib ki, son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Ötən dövrdə ölkənin iqtisadiyyatı orta hesabla illik 10% artıb:

«Bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti addım kimi xarici borclanmaya gedə bilər. Mən hesab edirəm ki, bu, Azərbaycan üçün o qədər vacib deyil. Keçən il bizim dövlətimiz ilk dəfə olaraq beynəlxalq bazarlarda xarici valyutada ifadə olunmuş öz dövlət istiqrazlarını yerləşdirib. Əvvəllər Azərbaycan bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, bunlar konkret olaraq fiziki və sosial infrastrukturun maliyyələşdirilməsi ilə bağlı olub. Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib. Buna görə də bu gün də buna kəskin ehtiyac duyulmur».

S. Şərifov əlavə edib ki, ölkə prezidentinin göstərişləri uyğun olaraq Azərbaycanın xarici borcları nəzarətdə saxlanılır və borclanmanın artması məqsədəuyğun sayılmır.

XS
SM
MD
LG