Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Al-Jazeera «Avropa Oyunlarının bədəli»ndən yazır


İlham Əliyev Bakı Olimpiya Stadionunda - 18 mart 2015
İlham Əliyev Bakı Olimpiya Stadionunda - 18 mart 2015

-

«Al Jazeera America» Bakıda düz bir aya start götürəcək Avropa Oyunlarından, hələ ötən ildən ölkədə siyasi repressiyanın güclənməsindən yazır. Müəllif Jules Boykoff qeyd edir ki, «Azərbaycan kimi avtokratiyanı oyunlara ev sahibi seçmək yanlış istiqamətdir. «Bakı-2015» Olimpiya hərəkatının arxada buraxmağa çalışdığı yükün qabarıq göstəricisidir – dəbdəbəli xərcləmələr, siyasi repressiya və avtoritar rejimlər üçün müsbət PR».

Yazıda AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıla irəli sürülmüş saxta ittihamlardan da bəhs olunur. Ümumilikdə azı 35 insan haqları fəalı, jurnalist və bloqqerin narkotik maddə, vergidənyayınma, xuliqanlıq, dövlətə xəyanət ittihamlari ilə həbs olunduğu vurğulanır.

«Ancaq bu insan haqları pozuntuları «Bakı 2015»in sponsorlarını çəkindirə bilmədi. Bu sırada «Coca-Cola», «McDonald’s» və «Procter&Gamble», eləcə də BP, «Nestle» və «Motorola» kimi nəhənglərin adlarını görmək olur».

«Olimpiya hərəkatı Azərbaycan kimi geosiyasi xırda balığın qarşısında dura bilmirsə, 2022-ci il Qış Olimpiadasını keçirməyə iddialı Pekin kimi akulalarla neyləyək? Beynəlxalq Olimpiya Komitəsi susub, Bakı Oyunları bu komitəyə aid deyil. Avropa Oyunları rəsmən Avropa Olimpiya Komitələri ilə bağlıdır və Olimpiya Xartiyasına tabedir».

Müəllif yazır ki, BOK və AOK prinsipal mövqe tutmalı, Olimpiya Xartiyasını əsaslandırmalıdırlar. Bu xartiya Olimpiya təşkilatları üzərinə «Olimpiya hərəkatına təsir göstərən hər hansı ayrı-seçkiliyə qarşı çıxmaq» öhdəliyi qoyub.

«Olimpiya rəsmiləri Azərbaycana təzyiq göstərməli, qanunsuz saxlanmış bütün fəalları və jurnalistləri oyunlar başlamamışdan buraxmağa çağırmalıdır. Bu tədbiri boykot etməklə dünya liderləri güclü mesaj göndərə bilərlər. AOK gələcək Avropa Oyunları üçün aydın standartlar qəbul etməlidir ki, insan haqlarını ən çox pozanlara bu tədbiri keçirməyə icazə verilməsin», - müəllif yazır.

Porter Goss
Porter Goss

CIA-NİN KEÇMİŞ RƏHBƏRİ TÜRKİYƏ HÖKUMƏTİ ÜÇÜN LOBBİÇİLİK EDƏCƏK

Bush administrasiyası dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri olmuş Porter Goss Türkiyə hökuməti üçün işləməyə başlayıb. O, Konqresdə terrorçuluqla mübarizə, enerji təhlükəsizliyi, regionda sabitlik məsələləri ilə bağlı lobbiçilik edəcək.

«Bloomberg» agentliyi yazır ki, Goss-un rolu Konqres üzvlərini və administrasiyanı Türkiyə üçün vacib məsələlər barədə «bilgiləndirməkdir». Goss enerji məsələləri üzrə Türkiyə hökuməti ilə işləmiş «Dickstein Shapiro» hüquq firması üçün baş müşavir kimi işləyəcək. O, Türkiyəni ABŞ-ın onun maraqlarına təsir göstərəcək addımları barədə də məlumatlandıracaq.

Müttəfiqlərin Suriyada «İslam Dövləti»nin böyüməsi məsələsində mövqeyi haçalanıb, Türkiyə prezident Bashar al-Assad-ın da devrilməsinin tərəfdarıdır, ancaq ABŞ yalnız silahlı qrupla mübarizə tərəfdarıdır. Üstəlik, Türkiyə prezidentiRecep Tayyip Erdoğan ABŞ-ı çağırıb ki, din xadimi Fethullah Gülen-i deportasiya etsin. Gülen hökuməti devirmə planı hazırlamaqda ittiham olunur.

Goss-un işə götürülməsi Türkiyənin bir faktı boynuna almasıdır – terrorçuluqla mübarizə məsələlərində adamları öz mövqeyinə inandıra bilmir, Londonda yerləşən «Stroz Friedberg» qurumunun risk təhlilçisi Jonathan Friedman belə deyir. «Onlar çalışırlar ki, Fethullah Gülen və tərəfdarları ilə mübahisədə, eləcə də Suriya, kürdlər və regionda mövqelərini daha yaxşı təşfiq etsinlər», - o, sözlərinə əlavə edir.

Vladimir Putin
Vladimir Putin

RUSİYALILARA PUTIN-DƏN SONRA DAHA YAXŞI İDEYALAR LAZIMDIR

«Dmitry Medvedev-in 4 illik prezidentliyi dövründə mənim kimi rusiyalılar ümid edirdik ki, ölkəmiz nə vaxtsa Avropanın qalan hissəsi ilə bir olacaq. İndi isə ancaq qorxu hissi keçirirəm. Vladimir Putin-in Rusiyası öz məxsusi yoluyla gedən ölkədir. Ancaq vətəndaşlarına bu azadlığı verən yoxdur. Siyasi baxımdan onlar ölkəyə tabedir, başqalarının seçdiyi yolu getməlidir». Bunu «Financial Times»da rusiyalı iqtisadçı Evgeny Gontmakher yazır.

«Ancaq bəzi üstünlüklərimiz var. Rusiya dövlətinin kütləvi təbliğat maşını effektivdir, lakin bundan qaçmaq da mümkündür. Rusiyadakı müstəqil düşünənlərə məsləhətim: televiziyaya baxmayın. Əvvəlki nəsillər dövlətin onlara vermək istəmədiyi informasiyanı ala bilmirdilər, bizim isə internetimiz var – burada seçim azadlığımızı saxlaya bilərik».

«Eləcə də ideyalarımızın müzakirəsi üçün fürsətlərdən yararlanmalıyıq: sosial şəbəkələrdə; universitetlərdə üzbəüz və Ümumrusiya Vətəndaş Forumu kimi qeyri-hökumət təşkilatlarının təşkil etdiyi forumlarda. Dövlətlə ünsiyyət qurmaq üçün rəsmi forumlardan da bacardığımız kimi istifadə etməli, bütün qanuni vasitələrlə hüquqlarımızı qeyri-zorakı yollarla qorumalıyıq», - müəllif yazır.

XS
SM
MD
LG