Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

14:32 20.5.2015

Qarabağ veteranı özünü yandırdı

Mayın 19-da özünü Cəlilabad rayon polis idarəsi qarşısında yandıran Qarabağ döyüşçüsü Mirtahir Mürsəlov xəstəxanada vəfat edib.

«Qazilər» saytının məlumatına görə, o, mayın 20-də səhər ağır yanıq dərəcəsi ilə Bakıdakı 5 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlər yaşamaq şansının olmadığını bildriblər.

Onun məmur özbaşınalığına etiraz olaraq özünü yandırdığı deyilir. Bir neçə gün öncə Cəlilabadda başqa bir Qarabağ döyüşçüsü də özünü asmışdı. AzadlıqLive-da

13:28 20.5.2015

Hacı İbrahim Nehrəmli təyyarədə saxlanıb

Hacı İbrahim Nehrəmli
Hacı İbrahim Nehrəmli

«Yeni Müsavat» yazır ki, «oliqarxqeyt» işində adı keçən ən iri sahibkarlardan biri – «Avesta» konserninin rəhbəri olan Hacı İbrahim Nehrəmli mayın 13-də BMCQMİ-yə aparılandan sonra istintaqla aralarında razılaşma əldə edilib.

«Buna görə də ona saxlanılan digər sahibkarlardan fərqli münasibət göstəriblər, dindirmədən sonra azad ediblər. İşadamı sərbəst buraxılandan sonra mətbuata açıqlama verərək Beynəlxalq Bankdan götürdüyü kredit borclarını mayın 19-na qədər geri qaytarmaq öhdəliyi götürdüyünü açıqlamışdı. Belə görünürdü ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan aldığı 78 milyonluq krediti geri qaytarmaq niyyətindədir.

Məlumata görə, bundan sonra Hacı İbrahim Nehrəmli ölkədən gizli yolla çıxmaq istəyib. O, Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib. Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən «Avesta» konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər. Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir».

Media icmalı AzadlıqLive-da

13:27 20.5.2015

Plastik üzlüklü binalara keşikçi qoyulacaq

Turan informasiya agentliyinin məlumatına görə, Bakı meri Hacıbala Abutalıbov deyib ki, Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın təxribat ola bilər. O, çərşənbə günü jurnalistlərlə söhbətində bildirib ki, ölkə prezidenti plastik üzliklərlə üzlənmiş binalara gözətçilərin qoyulması barədə göstəriş verib. Onun sözlərinə görə, Bakıda belə binaların sayı 14-dür və bu binalardan “nümunə” götürüləcək.

Ekspertizanın nəticələrindən sonra üzlüyün sökülüb-sökülməyəcəyi barədə qərar veriləcək.

H.Abutalıbov jurnalistlərlə və evləri yanan sakinlərlə görüşündə keyfiyyəsiz üzlüklərin istifadəsinə görə kimin məsuliyyət daşıması, meriya da daxil olmaqla, dövlət orqanlarının bu cür uyğun olmayan materiallardan istifadəyə niyə razılıq verməsi ilə bağlı sualları cavablandırmayıb.

O yalnız bildirib ki, yanğın zamanı həlak olan 15 nəfərdən üçü Lökbatanda, ikisi Masazırda, biri Qubada, biri Sulutəpədə dəfn edilib. Binəqədi meyitxanasında iki cəsəd var. Bir nəfər isə Rəsulzadə qəbiristanlığında dəfn olunacaq.

13:19 20.5.2015

Avropa Oyunları : daha bir qadağa

“Eurasianet.org” saytı 1-ci Avropa Oyunları ərəfəsində Bakıda tətbiq olunan qadağalara daha birinin əlavə olunduğunu yazır. Belə ki, yerli sakinlərin İçərişəhərdə foto çəkməsi qadağan olunub. Əslində, rəsmi olaraq, fotoçəkilişə qadağa yoxdur. Ancaq naməlum səbəblərdən polis və təhlükəsizlik işçiləri yerlilərin foto çəkməsinə mane olur.

“Ancaq deyəsən, bu yazılmamış qayda turistlərə aid deyil. “Turistlərə icazə verilir, ancaq vətəndaşlar İçəşəhər rəhbərliyinidən icazə almalıdır,” özünü Vüqar kimi təqdim edən təhlükəsizik işçisi deyib”.

İnternetdə yerləşdirilən qaydalara görə, fərdlər və ərazidəki abidələrin həvəskar çəkilişi üçün icazəyə ehtiyac yoxdur. Yazı müəllifi rəsmilərdən açıqlama ala bilməyib. Qərb mediasının icmalı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG