Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:19

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

16:59 21.5.2015

Azadlıq Live-da Günün sualı:

İlham Əliyev deyir ki, özbaşınalıqdır.

Camaat isə həmişə fikirləşib ki, hər şey nəzarətdədir.

İndi kimə inanaq?

Cavablarınızı bizə yazın

16:04 21.5.2015

Elnur Hürriyyət qəzetinə müsahibə verib

“Reklam turunda Stokholmda bir marketə girmişdim. Bəzi şeylər aldım. Pulunu verəndə “”Elnur necəsən, heç səndən pul alarıq” dedilər”

Mayın 21-də Azərbaycanı “Eurovision 2015” mahnı yarışmasında təmsil edən Elnur Hüseynov ikinci yarımfinal mərhələsində səhnəyə çıxır. Elnur Hüseynov “Hour of the Wolf” mahnısını ifa edəcək.

Elnur Hüseynov yarışmadan əvvəl Türkiyənin “Hürriyyət” qəzetinə müsahibə verib.

– Rusiyadakı “The Voice”da yarışmaq imkanın ola-ola, “O Ses Türkiye”ni seçmişdin. Nəyə görə?
– Amsterdamda oxuyan vaxt dostlarım Rusiyadakı müsabiqədə iştirak etmək üçün müsabiqəyə mənim adımdan video göndərmişdilər. Ancaq orada yarışmaq istəmirdim.

- Səni bu qədər yoran nədir?
- Reklam turunda ölkə-ölkə gəzdik, danışdıq. Həmin müddətdə tək qalmağım mümkün deyildi. Bu belə məni yordu. Ancaq nə olursa, olsun, bu yolu keçməliyəm.

– Yolu keçsən, nə olacaq?
- Bütün xəyallarımı, istəklərini həyata keçirəcəyəm. AzadlıqLive-da

14:38 21.5.2015

Merkel hamını başa düşür və hörmət edir

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının Aİ ilə əməkdaşlığı saxlamaqla öz inkişaf yollarını axtarmaq hüququna hörmətlə yanaşır. Bunu Almaniya kansleri Angela Merkel Riqa sammiti ərəfəsi bildirib.

“Biz Aİ ilə intensiv danışıqlarla yanaşı Rusiya, Avrasiya İqtisadi Birliyi ilə daha sıx əməkdaşlıq axtaran Ermənistanın qərarına hörmətlə yanaşırıq. Biz həmçinin hələlik Aİ üzvlüyünə yollar aramayan və Avrasiya İqtisadi Birliyində öz rolunu görməyən Azərbaycanın da mövqeynə hörmətlə yanaşırıq. Biz eyni zamanda məlum ziddiyyətlərə baxmayaraq, Belarus ilə ikitərəfli əməkdaşlığı davam etdirməyə hazırıq”.

“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusla siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur.

Gürcüstan, Moldova, Ukrayna ötən il Aİ ilə assosiativ tərəfdaşlıq haqqında saziş imzalayıblar

13:59 21.5.2015

Ermənistan və Belarus Şərq Tərəfdaşlığı sammitinin yekun kommunikesini imzalamaqdan imtina edir

Ermənistan və Belarus Riqadakı “Şərq tərəfdaşlığı” sammitinin yekun kommünikesini imzalamaqdan imtina ediblər. Bu, sənəddə “Krımın anneksiyası” ifadəsinin işlənməsi ilə bağlıdır. Bu barədə Reuters sənədin mətninin müzakirəsində iştirak edən avropalı diplomatlara isnadən bildirib.

Mənbənin sözlərinə görə, danışıqlar “asan” olmayıb. Ermənistan və Belarus bildiriblər ki, əgər “Krımın anneksiyası” haqda söhbət gedərsə sənədi imzalamayacaqlar. Mənbənin dediyinə görə, Aİ diplomatları mətnin kompromis variantını hazırlamağa məcbur olublar.

Agentliyin məlumatına görə, yekun sənəddə Aİ-nin Krımın Rusiyaya birləşdirilməsini pisləməsi əksini tapmalıdır, həmçinin 2014-cü ilin martında BMT-də səsvermə zamanı digər iştirakçı ölkələrin tutduğu mövqe xatırlanacaq. O zaman Ermənistan və Belarus Moskvanın mövqeyni dəstəkləmişdi.

Mayın 21-də Riqada “Şərq tərəfdaşlğı” sammiti başlanır. Tədbirdə Aİ nümayəndələri, həmçinin keçmiş SSRİ-nin altı ölkəsi – Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus təmsilçiləri iştirak edəcəklər.

Cümə günü sammitin yekunlarına əsasən birgə yekun kommünike qəbul olunmalıdır. Artq bu gün sammit iştirakçıları sənəd layihəsini müzakirə edəcəklər. Rusiya XİN nümayəndəsi Aleksandr Lukaşeviç bundan öncə bildirib ki, Moskva sammiti diqqətlə izləyəcək, çünki “tərəfdaşlıq açıq ifadə olunmuş antirusiya istiqaməti alıb”.

Davamı

XS
SM
MD
LG