Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:46

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

13:33 19.5.2015

Partiya sədrlərindən kimin, nə qədər kredit borcu var?

«Yeni Müsavat» qəzeti yazır ki, banklara kredit borcları olanlar sırasında partiya sədrləri də var.

KXCP sədri Mirmahmud Mirəlioğlu qəzetə deyib ki, «mənim əvvəllər də kreditim olub, indi də var. İnşallah, bağlamaq üzrəyəm».

Xalq Partiyasını sədri Pənah Hüseyn deyib ki, ona kredit verən olmadığı üçün borcu da yoxdur: «Bir neçə il öncə mənə təcili 5 min manat lazım oldu. Üç banka müraciət etdim, vermədilər».

ADP sədri Sərdar Cəlaloğlu isə banka 20 min dollar borcunun olduğunu bildirib: «Beynəlxalq Banka 20 min kredit borcum var. Ödəmək problemdir, ona görə də iki ildən artıqdır ki, ödəyib qurtara bilmirəm».

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də banklardan birinə kredit borcu olduğunu deyib.

13:41 19.5.2015


“Çox mükəmməl bir orfoqrafiya lüğəti hazırlayacağıq”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev APA-ya müsahibəsində deyib ki, yeni və mükəmməl orfoqrafiya lüğəti hazırlanır.

Onun sözlərinə görə, son çap olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətində çoxlu qüsurlar var. Sonuncu orfoqrafiya lüğətində həm də orfoqrafiya qaydaları verilməyib. 1958-ci ildə çap olunmuş orfoqrafiya lüğətində 60 səhifəlik izahat, qaydalar təqdim olunub. Amma son çap olunmuş lüğətdə yalnız 5-6 səhifəlik izahat var.

13:49 19.5.2015

OPEC istehsalı azaltmayacaq

Neft İxracatçısı olan Ölkələrin Təşkilatı (OPEC) iyun toplantısında hasilatın azaldılması barədə qərar verməyəcək. Bunu İranın neft nazirinin müaviniRokneddin Javadi mayın 18-də «Reuters» agentliyinə deyib.

İranla Venesuela OPEC-i qiymətlərin düşməsini önləmək üçün hasilatı azaltmağa çağırıb. Görünür, təşkilat hasilatın azaldılmasına razılaşmayacaq. Qurum hazırda OPEC-dən kənar hasilatın məhdudlaşdırılmasına nail olub və bazarda payını saxlayıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC ötən noyabrda qərar verib ki, hasilatın səviyyəsi dəyişməsin. Qiymətin düşməsi isə baha başa gələn ABŞ şist neft istehsalçılarını hasilatı azaltmağa məcbur edib.

Javadi onu da deyib ki, İran iyun görüşündə hasilatın azaldılmasına, yaxud bazara düzgün həcmdə neftin çıxarılması üçün əməkdaşlığa çağıracaq.

Davamı

XS
SM
MD
LG