Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

15:21 20.5.2015

Hacıbala Abutalıbov: "Bakıda 140 belə bina var"

“Azərbaycan prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib və bu müddətdə ekspertiza aparılacaq”.

APA-nın məlumatına görə, H. Abutalıbov bildirib ki, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Həmin binalar Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail rayonlarında yerləşir.

15:34 20.5.2015

Arda Turan Azərbaycana başsağlığı verir

İspaniyanın “Atletiko” (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan Bakıda baş verən yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, Arda Turan bu barədə özünün “Twitter” səhifəsində türkcə və ingiliscə mesaj yazıb: “Başın sağ olsun, Azərbaycan. Başımız sağ olsun... Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire

15:37 20.5.2015

Muiznieks: "2015-ci ildə Azərbaycanda medianın durumu keçən ildəkindən də ağır olacaq"


Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks 2014-cü ili Azərbaycanda medianın durumu baxımından ağır il kimi qiymətləndirib. "2015 -də bu vəziyyətin daha ağır olanacağını gözlənilir. Ən həyəcan doğuran vəziyyətdə olan ölkələrdən biri Azərbaycandadır. Bura da çoxsaylı jurnalist və bloggerlər həbsdədir. Mənim əməkdaşlıq etdiyim şəxslərin az qala hamısı dəmir barmaqlıqlar arasındadır". Muiznieks bunu Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti ərəfəsi deyib.

16:48 20.5.2015

Hacıbala Abutalıbov: "Bu hesabatlara qol çəkənlər balaca adamlar deyil, nazirdən tutmuş..."

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, bir qrup narazı sakinlərlə Hacıbala Abutalıbov Binəqədi rayonu 5-ci polis bölməsində görüşdü, söhbət bağlı qapılar arxasında keçdi. Görüşdən çıxan sakinlər danışmağa meyl etməsələr də, icra başçısı sualları cavabladı. Bildirdi ki, heç bir sakini narazı qoymayacaqlar:

“Sakinlərin bütün xahişlərini yerinə yetirdik, komissiya ilə birgə öz mənzillərində olacaqlar, prokurorluq işçilərinə izahat verəcəklər və bu gün axşama kimi bütün əşyalar qiymətləndiriləcək. Kim ki, pansionatda qalmaq istəmir, istədiyi ünvanda mənzil tutacaq, mən pulunu verəcəm”.

“Prezident bizə 2 gün vaxt verib. Ekspertiza olunacaq. Laboratoriyada bu üzlüklərin insan sağlamlığına təhlükəli olub-olmaması, yanğına davamlı olub-olmaması və ümumiyyətlə, üzlük kimi istifadə oluna bilib-bilməməsi müəyyənləşəcək. Bu 3 sənəd sabah mənə veriləcək. Onunla əlaqədar da biz tədbir görəcəyik. Bu hesabatlara qol çəkənlər balaca adamlar deyil, nazirdən tutmuş yanğın idarəsinin rəisinə kimi səlahiyyətli adamlardır. Onlar qol qoysalar ki, biz bu üzlüklərə qarantıq, onda onlara əl vurulmayacaq. Amma yazsalar ki, təhlükəlidir, yanan materialdır, dəyişdiriləcək”.

Hacıbala Abutalıbov deyir ki, Fövqəladə Hallar Nazirliyi yanan binanı müayinə edəcək, böyük ehtimalla sabah (21 may) axşama hazır olacaq nəticəyə görə binanın dayanıqlığının yüksək olması deyilərsə, onda bu şənbə günündən – mayın 23-dən binanın təmirinə başlanacaq. İcra başçısının dediyinə görə, təxminən 2-3 ay çəkəcək təmirdən sonra mənzillər sakinlərə bütün avadanlıqlarla təchiz olunaraq veriləcək.

Yanğın zamanı ölən 15 nəfərin yas xərclərini və yaralananların xəstəxana xərclərini dövlət ödəyir. AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG