Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Yanğın haqda bütün xəbərlər bir arada

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın olub.​

Həmin günlər AzadlıqRadiosunun əməkdaşları hadisəni bütün detalları ilə çatdırmışdılar. Bir il öncəki canli live bloqu təqdim edirik.

Bloqun bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Sonda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

23:06 19.5.2015

Yanan binanın sakinlərinə pansionatlarda yer təklif olunur

"Bakıda yaşayış binasındakı yanğın nəticəsində həlak olanların ailələrinə müavinətlərin verilməsi məsələsi təcili həll olunacaq". Bunu jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

ANSPRESS xəbərinə görə nazir deyib ki, yanan binanın sakinlərini yerləşdirmək üçün pansionatlarda kifayət qədər yer var:

"Dövlət Sərhəd Xidmətinin 10 kotteci, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdəki 2 kotteci, 60 otağı, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnadakı pansionatı həmin ailələri qəbul etməyə hazırdır. Kim haranı istəsə, orada da yerləşdiriləcək. Həmin ailələr qida və geyimlə təmin olunacaq. Bununla bağlı heç bir problem yoxdur. Sakinlər tam yerləşdirilənədək həmin pansionatlarda qala biləcəklər. Cənab Prezident sakinlərin təcili yerləşdirilməsi ilə bağlı tapşırıq verdi. Bu gün hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının iclası oldu".

Nazir bildirib ki, hazırda hər bir zərər çəkmiş ailəyə maliyyə vəsaitinin verilməsi məsələsi həll olunur: "Həlak olanların dəfn mərasimləri dövlət hesabına təşkil olunacaq, onların ailələrinə müavinətləriin verilməsi məsələsinə təcili baxılıb həll olunacaq".

Hələlik zərərçəkən ailələrin hökumətin təklifləri ilə bağlı hər hansı reaksiyaları məlum deyil. Müxbirimiz xəbər verir ki, hazırda yanmış binanı polis nəzarətə alıb, sakinlərin harda olduğu bilinmir. Polis əməkdaşları da sakinlərin harda gecələdikləri barədə suallara cavab vermir.

21:45 19.5.2015
Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

Hacıbala Abutalıbov deyib ki, bu gecə sakinlərə 1000 AZN kompensasiya veriləcək

ANS PRESS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərə deyib.

Sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcəyəni deyən Hacıbala Abutalıbovun sözlərinə görə, sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək.

İcra hakimiyyətinin başçısı bildirib ki, evi yananlara ən yüksək məbləğdə kompensasiya veriləcək.

"Əgər bina yararsız olacaqsa, yəni bu barədə rəy verilərsə, bina tam söküləcək. Yox əgər yararlı olarsa, bina təmir olunacaq, hər şeylə təmin ediləcək və sakinlərə veriləcək".

21:00 19.5.2015

Abid Şərifov: «Sakinlərinin hamısı müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək»

Abid Şərifov
Abid Şərifov

«Həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək, sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək».

Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A. Şərifov yanğın zamanı xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.

Davamı

XS
SM
MD
LG