Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Kəmaləddin Heydərov təhlükəsizliyə zəmanət verir


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

-

«Əminəm ki, birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək».

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın «The Business Year» nəşrinə müsahibəsində deyib.

K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.

Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir:

«Biz nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, «Bakı 2015» Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib».

Mayın 19-da Bakının Binəqədi rayonundakı 16-mərtəbəli yaşayış binasında yanğın olub. 15 nəfər ölüb, onlarla yaralı müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bundan sonra şəhərdə fasadı üzlənmiş bir çox binaların yanına yanğınsöndürən maşınlar qoyulub, binalar mühafizəyə götürülüb.

XS
SM
MD
LG