Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:41

İnsanlar bərabərsizliyin əslində nə olduğunu bilmirlər


-

Çox tez-tez eşitdiyimiz “bərabərsizlik” ABŞ-da qarşıdan gələn seçkilərin əsas mövzusu olacaq.

Hillary Clinton bu barədə artıq çıxış edib. Respublikaçılar da adətən belə çıxışlar edirlər.Hər iki tərəf iqtisadi bərabərsizliyin amerikalı uşaqların gələcəyinə təsirindən narahatdır.

Amma hər iki tərəfin elektoratla söhbət zamanı diqqət yetirməli olduğu bir məqam var: əksər insanlar – maddi durumundan, gəlirlərindən asılı olmayaraq – bərabərsizliyin əslində nə olduğunu elə də dərk etmirlər.

NƏTİCƏNİ SÖZLƏ İFADƏ ETMƏK ÇƏTİNDİR

Belə bir məqamı Moskvadakı İqtisadçıların Ali Məktəbində çalışan Vladimir Gimpelson və Los Ancelesdən olan Daniel Treisman önə çəkiblər. Onlar Birləşmiş Ştatlar da daxil əksər ölkələrdən olan nə qədər insanın iqtisadi bərabərsizlik barədə bilgili olduğunu və onların öz gəlirlərini necə müqayisə etdiklərini qiymətləndirmək üçün bir araşdırma aparıblar. Onların gəldiyi nəticəni sözlə ifadə etmək mümkün deyil.

Son illər adi insanlar bu kimi şeylərlə bağlı cüzi təsəvvürə malikdirlər. Bildikləri və düşündükləri də çox vaxt səhvdir. Yəni araşdırmalar geniş yayılmış bərabərsizliyi düzgün dərk etməməyi və məlumatsızlığı üzə çıxarır.

İnsanlar öz ölkələrində yoxsulluq həddində yaşayan insanların çəkisini düzgün təxmin edə bilmirlər.İnsanlar həm də müxtəlif peşə sahiblərinin qazancları barədə dəqiq məlumata malik deyillər. Biz həmçinin bərabərsizlik və yoxsulluqla bağlı durumun zamanla pisləşməsi və ya yaxşılaşması barədə də dolğun təsəvvürə malik deyilik. Və bütün bunlar onu göstərir ki, varlılar reallığa zidd olaraq kasıb olduqlarını düşünürlər, kasıblar hesab edirlər ki, varlıdırlar, çox adamsa hardasa ortalarda olduğunu düşünür.

ƏN ÇOX NORVEÇLİLƏR HANSI SOSİAL TƏBƏQƏDƏN OLDUQLARINI DÜZGÜN BİLİRLƏR

Araşdırmalardan birində 40 ölkədə yaşayan insanlardan soruşulub ki, onlar hansı sosial təbəqəyə aiddirlər.

Sualın əsas konteksti idtisadi olub. Göstəriciyə görə, insanların yalnız dörddə biri doğruya yaxın cavab verib.

Xüsusən Ukraynadan olan insanlar bu baxımdan çox geridədirlər. Ən yaxşı göstərici isə Norveçdədir. Amerikada insanların yalnız 29 faizi düzgün olaraq qeyd edib ki, gəlirləri vergilər və ödənişləri çıxandan sonra yerdə qalandır. 23 faiz amerikalı isə qoyulan sualların hamısını cavablandıra bilmədiyini etiraf edib.

Növbəti bir il ərzində amerikalılar çox güman ki, bərabərsizliyin real və pis olması mesajından qaça bilməyəcəklər. Amma Treisman onu da deyir ki, yəqin ki, biz insanların yaddaşında bu anlayışı eşidən an müxtəlif mənzərələr yaranacaq.

Bəs, “bərabərsizlik” deyəndə sizin gözünüzün önünə hansı mənzərə gəlir? Özünüzü hansı sosial təbəqəyə aid edirsiz? Cavablarınızı şərh bölümünə yazın

XS
SM
MD
LG