Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Oqtay Əsədov: «Beş min tələbə lazımsız təhsillə məşğul olub»


Oqtay Əsədov
Oqtay Əsədov

-

Milli Məclisdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

apa-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Qanuna əsasən, indiyədək xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək təhsili davam etdirmək üçün bir dəfə möhlət verilib.

Z.Əsgərov bildirib ki, xarici ölkələrdə əyani təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb.

Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib: «Qanun bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün hazırlanıb».

Qanuna dəyişikliyin zəruri olduğunu bildirən spiker Oqtay Əsədov da hərbi xidmətdən yayınma hallarına diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: «Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır».

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

XS
SM
MD
LG