Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Ofisi bağlansa da, ATƏT ilin sonunadək Bakıda qala bilər


ATƏT
ATƏT

-

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bildirib ki, rəsmi Bakı heç bir izahat təqdim etmədən təşkilata ölkədəki əməliyyatlarını dayandırmaq üçün bir ay vaxt verib.

AzadlıqRadiosu bu məsələ ilə bağlı ATƏT-in media ofisinin əməkdaşı Shiv Sharma-ya suallar ünvanlayıb.

- Bakı ofisinin bağlanması ATƏT-in baş ofisində necə izah olunur?

- Düşünürəm ki, bu, Azərbaycan rəsmilərinə veriləcək sualdır. Bizim aldığımız məlumat fəaliyyətimiz barədə anlaşma memorandumunun ləğvini bildirir, bu barədə hökumətin niyyətini ifadə edir. Biz hazırda mümkün variantları müzakirə edirik ki, gələcəkdə necə davranaq. Amma bu qərarın izahını Azərbaycan hökumətindən soruşun.

- Bildirdiniz ki, Vyana ofisi variantları müzakirə edir. Söhbətin hansı variantlardan getdiyini bizə açıqlaya bilərsiniz?

- Əsas məsələ budur ki, anlaşma memorandumunun dayandırılması bizim ölkədəki mövcud fəaliyyətimizə necə təsir edəcək. Bilirsiniz ki, mandatımız dekabrın 31-də bitir. Müzakirə edəcəyik ki, biz Azərbaycanda hansı işləri görə bilərik.

- Belə çıxır ki, ofisiniz bağlansa belə, siz işinizi dekabradək davam edə bilərsiniz?

- Mandatımız bu il dekabrın 31-də bitir. Bizim bu zamana qədər planlaşdırılmış büdcəmiz, layihə təkliflərimiz var. Hökumətdən xəbərdarlıq aldıqdan sonra müzakirələr aparırıq ki, bu, büdcəmiz, layihələrimiz və Bakı ofisindəki əməkdaşlar üçün nə deməkdir.

XS
SM
MD
LG