Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

«The Azerbaijani Kitchen» kitabı birinci oldu


«The Azerbaijani Kitchen»
«The Azerbaijani Kitchen»

-

Çinin Yantay şəhərində keçirilən «Gourmand World Cookbook Awards» müsabiqəsində «The Azerbaijani Kitchen» kulinariya kitabı «Ən yaxşı Şərqi Avropa mətbəx kitabı» nominasiyasında 1-ci yer tutub.

Müsabiqədə Azərbaycanı kitabın müəllifləri Tahir ƏmiraslanovLeyla Rəhmanova təmsil ediblər.

Kitab Azərbaycan milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın «Saqi Books» nəşriyyatı tərəfindən nəşr olunub.

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə «The Azerbaijani Kitchen» kulinariya kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olub. Bunlar Rusiya təmsilçisi Stalik Xankişiyevin «Kaзaн. Кулинарный самоучитель (Узбекистан, Россия, Азербайджан)», ABŞ təmsilçisi Fəridə Buyuranın «Pomegranates and Saffron (A culinary journey to Azerbaijan)» və İran təmsilçisi Samira Jannatdoust-un «Samira's International Cookbook» kitablarıdır.

XS
SM
MD
LG