Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Ötən il Azərbaycana 1.1 milyard dollar göndərilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Rusiyada 743 min azərbaycanlı 2014-cü ildə Azərbaycana 1.1 milyard dollar pul göndərib.

Bunu Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) hesabatı bildirir. Özbəklər vətənlərinə 5.6 milyard, ukraynalılar 3.9 milyard, taciklər 2.9 milyard, ermənilər 1.38 milyard və gürcülər 1.22 milyard dollar göndərib.

BİR İLƏ 109.4 MİLYARD DOLLAR

Ümumilikdə isə hesabatda bildirilir ki, Avropada yaşayan miqrant fəhlələr öz ölkələrinə 109.4 milyard dollar yollayıblar. Bu, bütün dünyada 150 milyon nəfərin təmin olunması deməkdir.

IFAD-in hazırladığı hesabatda bildirilir ki, pullar əsasən Qərbi Avropa və Rusiyadan göndərilib. 2014-cü ildə əsas pul göndərən ölkələr bunlardır: Rusiya (20.6 milyard), Böyük Britaniya (17.1 milyard), Almaniya (14 milyard), Fransa (10.5 milyard), İtaliya (10.4 milyard) və İspaniya (9.6 milyard).

60 FAİZ 3 ÖLKƏYƏ GEDİR

2014-cü ildə Avropadan göndərilən pulun 1/3-i və ya 36.5 milyard dolları Balkanlar, Baltik və Şərqi Avropada 19 ölkəyə gedib. 10 AB ölkəsi də buraya daxildir. Pulun 2/3-si – yaxud 72.9 milyard dolları isə Avropadan kənar 50 inkişaf etməkdə olan ölkəyə gedib.

Avropadan pul göndərişlərinin bir mənbəyi də Əfqanıstan, İraq, Sudan kimi kövrək ölkələrdir. Pul göndərişləri bu ölkələrdə milyonlar ailəni saxlayır.

Rusiya Federasiyasından göndərişlərin 60%- i (12.4 milyard dollar) Özbəkistan, Ukrayna və Tacikistana gedir. Türkmənistan və Özbəkistan Rusiyadan gələn puldan çox asılıdır. Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan və Ukraynaya pulun 50%-i Rusiyadan gəlir.

XS
SM
MD
LG