Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Şagirdlərin 40 faizi «2» alıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da keçirilən sonuncu buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikasını açıqlayıb.

9-cu sinif şagirdlərinin 40.14%-i «Ana dili»ndən «2», 40.25%-i «Riyaziyyat»dan «2», 41.08%-i «Ana dili»ndən «3», 37.11%-i «Riyaziyyat»dan «3», 12.85%-i «Ana dili»ndən «4», 15.44%-i «Riyaziyyat»dan «4», 5.93%-i «Ana dili»ndən «5», 7.20%-i isə «Riyaziyyat»dan «5» alıb.

11-ci sinif şagirdlərinin 32.43%-i «Ana dili»ndən, 35.03%-i «Riyaziyyat»dan, 29.20%-i «Xarici dil»dən, 23.23%-i «Kimya»dan «2» alıb.

Şagirdlərin 36.81%-nin biliyi «Ana dili»ndən «3», 32.50%-i «Riyaziyyat»dan «3», 50.62%-i «Xarici dil»dən «3», 60.24%-i «Kimya»dan «3»lə qiymətləndirilib.

Onların 19.56 -i «Ana dili»ndən «4», 22.66%-i «Riyaziyyat»dan «4», 12.61%-i «Xarici dil»dən «4», 12.60 %-i «Kimya»dan «4» alıb.

Şagirdlərin 11.20%-i «Ana dili»ndən, 9.81%-i «Riyaziyyat»dan, 7.57%-i «Xarici dil»dən, 3.94 %-i isə «Kimya»dan «5» ala bilib.

XS
SM
MD
LG