Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:20

"İdmançılar ümumiyyətlə oruc tutmamalıdırlar"


Coşqun Eldaroğlu
Coşqun Eldaroğlu

-

"İdmançının oruc tutması onun göstəricilərinin aşağı düşməsinə səbəb olur".

Bunu idman şərhçisi Coşqun Eldaroğlu deyir.

Gözlə

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

"İdmançı rejimi ilə oruc tutan dindarın rejimi tamam fərqlidir. İstər qidalanma, istərsə də yuxu baxımından. İdmançı yarışa ac çıxmamalıdır. Yuxu da çox vacibdir onlar üçün.

Avropa oyunlarında yarışların çoxu səhər saatlarında başlanır. Yəni idmançı doyunca yatmalıdır ki, yuxusuz olmasın. Oruc tutan isə lap erkən durmalı, az yatmalıdır”.

İdman şərhçisi deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin iyunun 19-da verdiyi fitva dini prizmadan yox, hökumət və yarış təşkilatçılarının iradəsi əsasında verilib.

Fitvada deyilir ki, “Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər... Oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər”.

Coşqun Eldaroğlu isə bildirir ki, məsələyə sırf idman prizmasından yanaşmaq lazımdır:

"Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çoxu dindardır və oruc tutur.

Nəzərə alsaq ki, qıraqdan gətirilən, milliləşdirilən idmançıların da əksəriyyəti müsəlman ölkələrindəndir, mənzərə tam aydın olar".

Coşqun Eldaroğlu hesab edir ki, oyun ərəfəsində idmançının oruc tutması onun göstəricisinə mənfi təsir edir:

“Bir neçə il öncə Azərbaycanın futbol üzrə yığma komandası Bakıda Bolqarıstanla görüşərkən idmançıların bəziləri oruc tutmuşdu. Həmin oyunda komanda çox aşağı nəticə göstərmişdi. Bunun da səbəbi oruc tutduqlarına görə oyunçuların fiziki göstəricilərinin aşağı düşməsi idi.

“Qarabağ” futbol klubunun oyunçularının əksəriyyəti oruc tutur, oyunlara bu vəziyyətdə çıxırlar. Qarşıdan Avroliqa oyunları gəlir və bu, Ramazan ayına təsadüf edəcək. Bu da komandanın göstəricisinə təsir edəcək".

Azərbaycanın futbol üzrə milli komandasının keçmiş baş məşqçisi Berti Vogts da bəzi müsahibələrində Ramazan ayında futbolçuların oruc tutmasından narazı olduğunu hiss etdirmişdi. O bildirmişdi ki, Ramazan ayında bəzi oyunçuların fiziki göstəriciləri aşağı səviyyədə olur. Hətta 2012-ci futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin təqviminin müzakirəsi zamanı Berti Vogts Ramazan ayındakı oyunların vaxtının dəyişdirilməsini istəmişdi. Onun istəyi qismən nəzərə alınmışdı.

XS
SM
MD
LG