Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

"Oda" Teatrı Şəkidə tamaşa göstərəcək


-

“Sərhəd” əsəri əsasında “Tikanlı məftillər” tamaşası

Müstəqil “Oda” Teatrı Şəkiyə üç günlük qastrol səfəri edəcək. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.

Onun sözlərinə görə, qastrol səfərində teatrın yeni tamaşası olan “Tikanlı məftillər” nümayiş etdiriləcək. Səfər iyun ayının 26, 27 və 28-nə nəzərdə tutulub.

"Üç gün ərzində Şəkinin bir neçə kəndində olacağıq və tamaşalar nümayiş etdirəcəyik. Geri qayıtdıqdan sonra isə Göyçay və Akstafa qastrol səfərlərini gerçəkləşdirəcəyik.

Qastrol zamanı türkiyəli yazar Müzəffər İzgünün “Sərhəd” əsəri əsasında hazırlanmış “Tikanlı məftillər” tamaşasını göstərəcəyik.

Səfərlərimiz yekunlaşdıqdan sonra isə iyulun 15-də teatrın 2 yaşının tamam olması və 3-cü mövsümümüzün açılışı ilə bağlı silsilə tədbirlər həyata keçirəcəyik”.

"Tikanlı məftillər" tamaşasının rejissoru İmam Həsənov, aktyorları isə Elmin Bədəlov və Niyaz İlyasoğludur.

“Oda” Teatrı bundan əvvəl Biləsuvar rayonunun ucqar kəndlərində “Bəyaz şedevr” tamaşasını nümayiş etdirmişdi.

Oxu zalı

XS
SM
MD
LG