Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Səməd Seyidovdan "məntiqsiz açıqlama"


Səməd Seyidov
Səməd Seyidov

-

"Səməd Seyidovdan məntiqsiz açıqlama"

«Azadlıq» qəzeti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısının son açıqlamalarını belə qiymətləndirib.

Qəzet yazır ki, Avropa Şurasının son sessiyasında sərt tənqidə məruz qalan Azərbaycan hakimiyyəti atdığı addımlara bəraət qazanmağa çalışır.

Səməd Seyidovun səsləndirdiyi fikirlər hazırda hakimiyyətyönlü medianın əsas «arqumentinə» çevrilib.

O bildirib ki, Ukraynanın AŞ PA-nın bütün tələblərinə əməl etməsi sonda bu dövlətin Krımı itirməsi ilə nəticələndi: «Belarus nə qədər cəhd göstərdi, dedilər, insan haqları, demokratiya Avropa standartlarına uyğun gəlmir və onu bu quruma buraxmadılar.

Rusiya sanksiyaya məruz qalıb çıxıb getdi. Azərbaycan işğal olunan torpaqlarına qeyri-qanuni gedənləri ölkəyə buraxmadığına görə sanksiyaya məruz qaldı. Gürcüstan da bizim vəziyyətdədir. Ukrayna isə Avropa Şurasının bütün tövsiyələrini yerinə yetirib, buna görə Krım əldən getdi».

Amma S.Seyidov Krım münaqişəsi ilə Ukraynanın yerinə yetirdiyi öhdəliklər arasında hansı bağlılığın olduğunu izah etməyib: «Açıq görünür ki, hakimiyyət yenə Qarabağ kartından öz xeyri üçün istifadə etməyə çalışır» - «Azadlıq» yazır.

AVROPA OYUNLARI SEÇKİNİ ÜSTƏLƏDİ

«Yeni Müsavat»da oxuyuruq: «Parlament seçkilərinə hazırlıqlar başlayır».

Elman Fəttah
Elman Fəttah

Müsavat başqanının müavini Elman Fəttah qəzetə deyib ki, növbəti yarım ilin əsas hadisəsi seçkilər olacaq:

«Bütün ağır şərtlərə baxmayaraq, Müsavat Partiyası seçkilərə ciddi şəkildə hazırlaşır. Çalışırıq ki, ilk növbədə əhalinin seçkiyə olan inamsızlığının aradan qaldırılması yönündə işlər görək».

E.Fəttah onu da söyləyib ki, hakimiyyət parlament seçkilərində prinsipial beynəlxalq müşahidə missiyalarından da imtina edib: «Real seçki mübarizəsi üçün şəraitin olacağına ümid yoxdur. Ancaq biz yenə də prinsipial mübarizəmizi davam etdirəcəyik».

Ümid Partiyası sədrinin 1-ci müavini Ənvər Ağazadə qeyd edib ki, Azərbaycanda 2015-ci ilin ən mühüm siyasi hadisəsi parlament seçkiləri olmalı idi: «Amma Avropa Oyunları seçkiləri ikinci plana keçirdi».

Ənvər Ağazadənin dediyinə görə, siyasi məhbus, müstəqil məhkəmə və s. kimi problemləri həll etmədən keçiriləcək hər hansı beynəlxalq tədbir təbliğdən çox, tənqid hədəfinə çevirəcək:

«Bu baxımdan düşünürəm ki, parlament seçkilərində əvvəlki illərdən fərqli olaraq müsbət irəliləyişlər müşahidə olunacaq. Xüsusilə parlamentin tərkibi, siması az da olsa, müsbətə doğru dəyişəcək».

İlham Əliyev
İlham Əliyev

QƏRB İLHAM ƏLİYEVİ BAĞIŞLAMADI

Virtualaz araşdırır: «Avropa Oyunlarını keçirməyə dəyərdimi?».

Məqalə müəllifi yazır:

Qərb KİV-ləri idman hadisəsini bir kənara qoyub bütün diqqətlərini həmin tədbiri keçirən ölkəni və onun hökumətini siyasi baxımdan tənqid etməyə cəmlədilər.

Müəllifin qənaətincə, Qərb İlham Əliyevi ona görə bağışlaya bilmir ki, büdcə vəsaitlərini Qərbin enerji maraqları baxımından strateji əhəmiyyət kəsb edən «Nabucco» meqa-layihəsinin həyata keçirilməsinə yox, milli infrastrukturun yaradılmasına, idman qurğularının tikintisinə xərcləyir...

«İlham Əliyev 8 milyard dolları «Nabucco» layihəsinə xərcləsəydi, onda o, postsovet zülmətindəki ən parlaq şəfəqə çevriləcəkdi» - deyə məqalədə bildirilir.

XS
SM
MD
LG