Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Ülvi Bahadır. Bizə bu qədər idmançı lazımdı?


Ülvi Bahadır
Ülvi Bahadır

-

İdmançının fəaliyyəti elədir ki, o, sadəcə, nəsə göstərir, aşılamır, mənimsətmir...

Hər il onlarla azərbaycanlı günahsız yerə həbsxanaya salınır. ”Şükür ki, bizdən yan keçdi”- deyib az qala qurban kəsirsiz...

Ülvi Bahadır

SÜKUT DÖVRÜ İNSANLARI

Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı buddistlərin əleyhdarı idi.

Onlar Buddanı və tələbələrini əhatəyə alıb təhqir etməyə başlayırlar.

Buddanın yanlarında olması şagirdləri bir az sakitləşdirsə də, onlar əsəbiləşib kənd sakinlərinə cavab vermək istəyirlər.

Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaradır . Budda üzünü tələbələrinə tutub deyir:

- Siz məni məyus etdiniz . Bu adamlar öz işlərini görür. Onlar məni öz dinlərinin düşməni kimi görür və ona görə də təhqir edirlər, bu da təbiidir. Amma , siz niyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarsınlar. İndi siz onlardan asılı vəziyyətdəsiniz, azad deyilsiniz ...

Sonra da dönüb kənd sakinlərinə deyir:

-Siz istədiklərinizin hamısını demədinizsə, eybi yoxdur , biz geriyə qayıdanda buradan keçəcəyik , fürsətdən istifadə edib demədiklərinizi də deyərrsiniz.

Kənd sakinləri çaşqınlıq içində soruşurlar ki, axı biz səni təhqir etdik , nəyə görə bizə qəzəblənmirsən?

Budda deyir :

İdman yarışları ilə sanki dövlət deyir “Baxın,biz hər şeyə qadirik, hər şey edə bilərik. Biz incəsənətlə bağlı da kütləvi festivallar təşkil edə bilərik. Ancaq eləmirik.”

- Siz azad adamlarsınız, özünüz bildiyiniz kimi hərəkət edə bilərsiniz. Amma mən də azad insanam və sizin hərəkətinizi cavabsız qoymaq hüququm var. Məni heç kim istədiyi səmtə yönləndirə, məndən istifadə edə edə bilməz . Mənim münasibətim daxili halımın təzahürüdür. Sizdən əvvəl yolumuz bir kənddən düşdü. Həmin kəndin sakinləri bizi meyvə , gül və şirniyyatla qarşıladılar. Mən də onlara təşəkkür edib dedim ki, biz artıq səhər yeməyi yemişik. Bunları özümüzlə götürə də bilmərik . Bunları mənim xeyir-duamla geri götürün, aparın! İndi sizdən (ikinci kəndin sakinlərindən) soruşuram :

-Sizcə onlar nə etməli idilər?

- Onlar yeməkləri götürüb öz evlərinə , ailələrinə qaytarmalı idilər - deyə kənd sakinləri cavab verir.

Budda gülümsünür :

- İndi bəs siz nə edəcəksiniz öz qarğış və təhqirlərinizlə? Mən onları qəbul etmirəm . Əgər mən meyvə və şirniyyatdan imtina etdimsə, o biri kənd camaatı da onları geriyə götürdü. Bəs sizin nəyiniz var geriyə götürməyə? Mən sizin qarğış və təhqirlərinizi qəbul etmirəm , ona görə də onları götürüb öz evlərinizə apara bilərsiniz. Nə istəyirsiniz edin onlarla ...

Azərbaycanda insanlar nədənsə daima paradokslar içərisində olmuşlar.

Yazıya bu ibrətamiz hadisəni nəql etməklə başlamağımın ən əsas səbəbi də budur. İnsanlarımız qeyri-ixtiyari olaraq özlərini bu təzadların içinə atırlar. Primitiv bir misal;

Bakı şəhəri… Bir-birini sevən iki gənc… Bunlar bir-birlərini dəlicə sevirlər… və sevgilərini daha duyğulu ifadə edə bilmək üçün öpüşürlər. Həm də heç kimi incitmədən, heç kimin ləyaqətinə toxunmadan. Hələ bu öpüşmə saytlarda getsə… Pahh, bir vur-çatlasın olur ki, vuran kim bilinmir, amma mütləq bir çartıltı səsi gəlir. Ay nə bilim “bacı, qiyamətə az qalıb, vallah”, nə bilim “dünyanın axırıdı yığışın gedirik”, ”biyabır olasuz sizi görüm elə”, ”aa, bular Avropuya beləmi inteğrasiya edəcəklər?” və başqa bu kimi kiflənmiş bazar söhbətləri

Yaxşı, başa düşdüm söz azadlığı var. Yaxşı, başa düşdüm münasibətinizi bildirə bilərsiz. Ancaq belə ədalətsizcə?...

Misalın öpüşmə olmağınınsa məsəyə heç bir aidiyyatı yoxdur. Kinoda deyir e - “söhbət sosiskada deyil”. İndi burda da söhbət öpüşməkdə deyil. Öpüşmək olmasın, olsun ürəkdən gələn başqa bir sərbəst hərəkət… nə fərqi?...

Əsli-kökü Hippokrata dayanan şanlı səhiyyəmiz onlarla hamilə Azərbaycan qadınını övladı ilə özü arasında seçim qarşısında qoyur. Susursunuz?... Susursunuz!...

Belə hərəkətlərin bir neçə səbəbi var. Bunlardan biri də insanların monoton, sıxıcı həyat tərzindən bezməsidi. Axı dünya Azərbaycanla yekunlaşmır. İnsanlar texnologiyanın sayəsində dünyaya açılır, müxtəlif ölkələrdə yaşayan insanların həyat tərzi ilə tanış olur, müxtəlif ölkələrdə özünə dostlar tapır, görüşürlər, söhbətlər edirlər, pas atmış düşüncələrini “ağ günə çıxarırlar” ki, vallah, billah, tillah, day nə bilim nə lah, burda zərrə qədər də əxlaqsızlıq yoxdu. Əsl əxlaqsızlıq nədir indi deyəcəm.

Bu iki növcavanın bir-birinə olan sevgilərinin müqəddəsləşdiyi bir məqamı qiyamətlə bərabər tutan kanalizasiya iyi verən düşüncə sahibləri ya bəzi məsələlərin fərqində deyillər, ya da onlara sərf eləmir. (Söhbət hamıdan getmir. Təbii ki.söhbət mövzumuzla birbaşa bağlılığı olan insanlardan gedir.)

Bəzi boynuyoğunlar sizin, övladınızın, qohum-əqrabanızın, cadarlı-qabarlı həmvətənlərinizin boğazından kəsib, öz oğullarını, qızlarını nüfuzlu universitetlərdə oxudurlar. Susursunuz?...Susursunuz!...

Əsli-kökü Hippokrata dayanan şanlı səhiyyəmiz onlarla hamilə Azərbaycan qadınını övladı ilə özü arasında seçim qarşısında qoyur. Xəstələri Asklepinin insafına buraxır. Susursunuz?... Susursunuz!...

Hər il onlarla azərbaycanlı günahsız yerə həbsxanaya salınır. ”Şükür ki, bizdən yan keçdi”- deyib az qala qurban kəsirsiz (Qohum-qardaşın qarnı sağ olsun). Riyakarlıq nəyə və kimə lazımdı? Bunları çox gözəl bilirisiz. Susursunuz?...Susursunuz!...

Hər rayonda bir Olimpiya Kompleksi var. Mən demirəm olmasın…olsun. Ancaq niyə o kompleksin yanında məsələn bir teatr binası yoxdu, bir muzey yoxdu. İdman yarışları ilə sanki dövlət deyir “Baxın,biz hər şeyə qadirik, hər şey edə bilərik. Biz incəsənətlə bağlı da kütləvi festivallar təşkil edə bilərik. Ancaq eləmirik.”

Bəs niyə?...Çünki sərf eləmir. İdmançının fəaliyyəti elədir ki, o, sadəcə, nəsə göstərir, aşılamır, mənimsətmir. Ancaq incəsənət adamının, yəni yazarın, bəstəkarın, rəssamın fəaliyyət dairəsi daha genişdi. Bu insanlar elə insanlara qarşı potensial rəqibdi. Siz də bunu bilirsiniz. Bilirsiniz və susursunuz?... Susursunuz!...

P.S. Sizin də ucuz ittihamlarınız heç kimə lazım deyil.Aparın özünüzlə… nə istəyirsiniz edin onlarla…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG