Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:41

6 özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı


Səhiyyə Nazirliyinin bu ilin 1-ci yarısında apardığı yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb. Nazirliyin saytına görə, bunlar "VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi və "Nihat Klinikası" MMC-dir.

Bundan başqa, nazirlik 3 özəl tibb müəssisəsinə - "Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, və "Medservis" Özəl Tibb Mərkəzinə verdiyi xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidməti tam çıxararaq yalnız poliklinik xidməti saxlayıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə cərimə edilib.

XS
SM
MD
LG