Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:54

Telekanala kimi gəldi, çağırlrlarsa, buna görə TV-ni bağlamaq olmaz


“Telekanallara intellektual səviyyəsi aşağı olan adamlar çağırırlarsa, buna görə televiziyanı bağlamaq olmaz. Çünki onlar da Azərbaycan vətəndaşlarıdır”.

Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədrinin sözlərinə görə, televiziya kanallarının rəhbərliyi yayımlanan proqramların keyfiyyətini qaldırmalıdırlar: “Telekanalların rəhbərləri daha keyfiyyətli verilişlər ərsəyə gətirməlidirlər. Verilişlərə çıxarılan şəxslər də əhali tərəfindən qəbul edilən insanlar olmalıdır. Söhbət bundan gedir. KİV-lər isə televiziyalarda verilişlərin və aparıcıların səviyyəsi ilə bağlı məsələni lazım olmayan dərəcədə şişirdir, buna böyük anlam verirlər. Bu məsələnin sosial şəbəkələrdə də hallanması gərəksiz şeydir”.

N.Məhərrəmli qeyd edib ki, bununla bağlı MTRŞ-nin bəzi səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac da yoxdur: “Səlahiyyətlər artıq genişlənib. Bununla bağlı problem yoxdur. Bununla bağlı MTRŞ-nin mövqeyi aydındır. Biz bu hallara qarşı mübarizəmizi davam etdiririk. Amma Azərbaycan hüquqi dövlətdir və hər şey hüquq çərçivəsində olmalıdır”.

XS
SM
MD
LG