Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

Bakı etiraz etsə də, Bako çıxış etdi


Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Sahakyan
Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Sahakyan

.

"Sahakyan çıxışında dövlət quruculuğu, qondarma Dağlıq Qarabağın daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərindən söz açıb."

SEPARATÇI LİDER LONDONDA "ÇİÇƏKLƏNƏN DÜNYA"DAN DANIŞIB

Dağlıq Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Sahakyan Londonda "Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələrə qatılıb.

İyulun 8-də keçirilən müzakirələrin təşkilatçısı Böyük Britaniyanın beynəlxalq analitik mərkəzi - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu -"Chatham House"dur. Sahakyan toplantıya spiker kimi dəvət olunub.

Bako Sahakyan çıxışında dövlət quruculuğu, qondarma Dağlıq Qarabağın daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərindən söz açıb.

O çıxışında deyib ki, Qarabağın baxışları Chatham House-un şüarına yaxındır- “təhlükəsiz, çiçəklənən bir dünya qurmaq”...

Bako Sahakian-ın qatıldığı görüşdən foto.
Bako Sahakian-ın qatıldığı görüşdən foto.

Separatçı Dağlıq Qarabağ rejiminin rəhbərinin sözlərinə görə, belə görüşlər həm Qarabağ üçün, həm də müxtəlif dövlətlər və beynəlxalq təşkilarlar üçün faydalıdır.

Görüşdə diplomatlar, analitiklər və ailmlər iştirak edib.

“Chatham House” tədbirlər siyahısından Sahakyanın çıxışı haqqında məlumatı götürsə də, çıxışı ləğv etməyib.

Bako Sahakyan həmçinin ənənəvi erməni partiya nümayəndələri - Sosial Demokrat Partiyası "Hnçakyan ", Erməni İnqilabi Federasiyası "Daşnaksutyun" və "Ramkavar Azatakan” Partiyasının Londondakı nümayəndələri ilə görüşüb.

BAKIDAN LONDONA ETİRAZ

Ötən həftə rəsmi Bakı Sahakyanın adının çıxışçılar siyahısına salınmasına kəskin etirazını bildirmiş, buna görə Böyük Britaniyanın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etmişdi.

Bundan sonra “Chatham House” tədbirlər siyahısından Sahakyanın çıxışı haqqında məlumatı götürsə də, çıxışı ləğv etməyib.

“Turan” agentliyinin məlumatına görə, “Chatham House” öz bəyanatında qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyini tanımır və tədbir akademik xarakter daşıyır.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də bəyanat yayaraq, Sahakyanın Londona səfərini “şəxsi səfər” adlandırıb. Səfirlik həmçinin vurğulayıb ki, Böyük Britaniya hakimiyyəti şəxsi səfərlərə mane ola bilməz.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal ediblər. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalansa da yekun sülh razılaşması əldə etmək mümkün olmayıb.

Erməni tərəfi bu ərazilərdə müstəqil dövlət qurduğunu elan etsə də Azərbaycan heç zaman öz ərazisini güzəştə getməyəcəyini bildirir.

XS
SM
MD
LG