Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Qarabağa köçən milyonçu: "Dağlarda torpaq alacam"


German Sterligov Dağlıq Qarabağda eşşək belində, 7 iyul, 2015
German Sterligov Dağlıq Qarabağda eşşək belində, 7 iyul, 2015

-

"Arvadım Alyona artıq paltar tikir. O tezliklə burda Alyona Sterliqovanın Qarabağ moda evini açacaq”.

Rusiyanın məşhur iş adamı, “Alisa” birjasının əsasını qoyan German Sterliqov bir qədər əvvəl Dağlıq Qarabağda məskunlaşıb. O bura köçməsinin səbəbi haqda REN TV-yə müsahibəsində danışıb.

48 yaşlı multimilyoner vaxtilə həm Rusiya prezidentliyinə, həm də Moskva merliyinə namizədliyini verib.

“Mən sizə sadə, aydın həqiqəti deyəcəm, bu, çoxlarının xoşuna gəlməyə də bilər, amma bununla belə mənim və ailəmin haqqında danışılan uydurmalardan daha yaxşıdır”, - söyləyib Sterliqov.

O, köçdüyü bölgənin heyranedici gözəlliyindən də danışıb: “Dağlıq Qarabağ – gözəl insanları olan ecazkar torpaqdı. Belə bir vətəni, tarixi olan, belə gözəlliyə sahib ermənilər xoşbəxtdirlər. Mən bütün dünyanı gəzmişəm və belə valehedici yerə heç harda rast gəlməmişəm. Belə gözəllik, belə məhsuldarlıq və ən başlıcası belə xeyirxah və mehriban insanlar görməmişəm. Burda ümumiyyətlə aqressiya sıfır səviyyəsindədir”.

Mən bütün dünyanı gəzmişəm və belə valehedici yerə heç harda rast gəlməmişəm.

Sterliqov Qarabağa köçdüyü üçün xoşbəxt olduğunu da bildirib: “Mən xoşbəxtəm ki, uşaqlarımı bura gətirmişəm, mən onlara nəzəri baxımdan insanların bir-birinə necə münasibət bəsləməli olmasından danışmışam. Təəssüf ki, müasir Rusiyada bu münasibət yoxdur. Ancaq Dağlıq Qarabağda var”.

Biznesmenin sözlərinə görə, Qarabağda kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə dağlarda torpaq sahəsi almağa da hazırlaşır.

İş adamı özünə məşğuliyyət axtarsa da, artıq arvadının sevimli peşəsini davam etdirdiyini bildirib: “Mən hələ qəti qərar verməmişəm, amma Alyona artıq paltar tikir. O tezliklə burda Alyona Sterliqovanın Qarabağ moda evini açacaq”.

Multimilyonerin Dağlıq Qarabağda məskulaşması mediada çox müzakirə edilən mövzulardandır. Qəzetlər müstəqil Rusiyanın ilk milyonçularından birinin Moskva ətrafında - Slobodada bütün mülkünü satıb arvadı və beş uşağıyla Qarabağa köçdüyünü yazır. Onun burda ekoloji baxımdan təmiz qida məhsullarının istehsalına başlayacağı deyilir.

Sterliqov REN TV-yə müsahibəsində eyham vurub ki, onun gələcək planları Moskvada bir məsələylə bağlı veriləcək qərardan asılıdır.

Sterliqovun adı rus milliyyətçi silahlı qruplaşması BORN-a qarşı açılan cinayət işində hallanırdı. Bu qruplaşma Rusiyada dövlət quruluşunu dəyişməyi planlaşdırırmış. O buna ölkədə sabitliyi pozmaqla, qeyri-rusları və milliyyətçilərə qarşı mübarizə aparanları öldürməklə nail olmaq istəyirmiş. Sterliqov REN TV-yə müsahibəsində eyham vurub ki, onun gələcək planları Moskvada bir məsələylə bağlı veriləcək qərardan asılıdır. Bununla da o Rusiyadan daşınmasının BORN-la bağlı olması yönündə şübhələri gücləndirib.

Rəsmi Bakı Rusiya milyonçusunun və ailəsinin Dağlıq Qarabağda yerləşməsi faktını araşdırdığını bəyan edib. Bundan başqa, onun adı Xarici İşlər Nazirliyinin “arzuolunmazlar siyahısı”na salınıb.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının üzvləri də milyonçunun bura turist kimi gəldiyini və qeydiyyata düşdüyünü söyləyiblər.

Sterliqov 1990-cı illərdən məşhurlaşmağa başlayıb,yaratdığı “Alisa” birjası bir neçə il sonra nəhəng holdinqə çevrilib.

XS
SM
MD
LG