Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:31

MB: "İntihar edənin kredit borcu olmayıb"


-

İyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Dadaşovun kredit borcu olmayıb.

Hadisədən 3 gün sonra – iyulun 11-də Mərkəzi Bankın yaydığı məlumatda belə deyilir.

Məlumatda deyilir ki, məsələ ilə bağlı araşdırmalar aparılıb və Dadaşovun hər hansı kredit borcu olmadığı müəyyən edilib.

“Ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur. Belə məlumatları yayanlara tövsiyə edirik ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər”, - deyə Mərkəzi Bankın məlumatında vurğulanıb.

Elşad Dadaşovun iyulun 8-də Bərdədə Tərtər çayı üzərindəki körpüdən asılmış meyiti tapılıb. Faktla bağlı cinayət işi (Cinayət Məcəlləsinin 125-ci maddəsi-özünü öldürmə həddinə çatdırma) açılıb.

Mətbuat E.Dadaşovun banka borcu olduğu üçün intihar etdiyini yazmışdı.

XS
SM
MD
LG