Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:39

Xədicə: "Özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm"


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

(Məhkəmənin gedişində zalda və binanın həyətində baş verənləri dəqidəbədəqiqə burada izlə)

Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında adi günlərdən fərqli mənzərə və səs-küy yaşanırdı.

Onlarla jurnalist, vətəndəş cəmiyyəti, siyasi partiya təmsilçiləri səfirlik və diplomatik missiya nümayəndələri məhkəmə zalına girmək üçün növbəyə düzülmüşdü.

Təxminən 30 nəfərlik tutumu olan məhkəmə zalı dolandan sonra narazılıq yarandı. Üstəlik məhkəmə nəzarətçilərinin də qaba rəftarı zala daxil olmaq istəyənlərin etirazına səbəb oldu. Narazı qalanlar əl çalmaq və “Xədicə, Xədicə!” şüarları səsləndirməklə etirazlarını bildirdilər.

Hamının ciddi-cəhdlə iştirak etmək istədiyi məhkəmə prosesi araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın məhkəməsi idi. Hazırlıq iclası iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilirdi.

“ÖZÜMÜ KƏMALƏDDİN HEYDƏROV KİMİ HİSS EDİRƏM”

Proses başlar-başlamaz Xədicə İsmayil şikayətləndi ki, istintaq və məhkəmədən məktubları çox gec alır:

“Ya məktubların sayı çoxdur ya da bunlar bizim təcrid olunmağımıza o qədər enerji sərf edirlər ki, öz işlərini görməyə vaxtları qalmır. Cinayət prosessual məcəlləsinin 361-ci maddəsinə görə ən geci 1 gün sonra məktub çatdırılmalıdır. Ancaq mən ən tezi 6 gün sonra alıram.

Əgər işi çatdırmırlasa, ya məkbuların hamısını buraxıb ancaq siyasi məhbusları saxlasınlar, ya da başqa nəsə fikirləşsinlər. Bu barədə iradlarımdan sonra saxtakarlığa əl atdılar, təsəvvür edin, ali məhkəmənin iyulun 22-də göndərdiyi məktubu guya ondan 9 gün əvvəl – iyulun 13-də qəbul edilmiş kimi rəsmiləşdiriblər.

Yalçın İmanov
Yalçın İmanov

​Məni kamerdan çıxaranda dəhlizlərdə elə bir vəziyyət yaradırlar ki, nə kimisə görə bilim, nə də ətrafdakılar məni görməsin, özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm. Dəhlizi tamamilə boşaldırlar”.

Xədicə İsmayıl vəkil Yalçın İmanovun müdafiəçi qismində prosesə qatılması ilə bağlı vəsatət qaldırdı:

Məni kamerdan çıxaranda dəhlizlərdə elə bir vəziyyət yaradırlar ki, nə kimisə görə bilim, nə də ətrafdakılar məni görməsin, özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm. Dəhlizi tamamilə boşaldırlar

​“Mənə verilən ittiham 125-ci maddə ilə bağlı idi, həmin vaxt vəkilərim Elton Quliyev və Yalçın İmanov idi, yəni onllar ilk gündən işin içində olublar. Sonradan işlər birləşdirildi və Yalçın İmanov müdafiəçi kimi işdən uuzaqlaşdırıldı. Səbəb də nə vaxtsa AzadlıqRadiosuna xidmət müqabilində pul alması göstərildi. Şahid kimi cəlb olundu.

Halbuki onun şahid kimi cəlb olunmasının mənimlə bağlı işə də heç bir aidiyyatı yoxdur. Baxmayaraq ki, Yalçın İmanov başqa işlərdə mənim vəkilimdir, amma onunla telefon əlqəsi saxlamağıma belə imkan verilmir. Xahiş edirəm, Yalçın İmanov müdafiəçi qismində bu işə buraxılsın”.

Ramella Allahverdiyeva
Ramella Allahverdiyeva

Daha sonra hakim Ramella Allahverdiyeva məkəmə tərkibini təqdim edərək Xədicədən buna etirazının olub-olmaddığını soruşdu.

“SİZ DƏ BULAŞMISINIZ”

Xədicənin cavabı belə oldu:

Azərbaycan məhkəmə sistemində bulaşmamış hakim yoxdur. Siz də bulaşmısız. Siz də sifarişlə hökm çıxarırsız və çıxaracaqsız.

“Mən sizi Əvəz Zeynallıya oxuduğunuz hökmdən tanıyıram. Bilirəm ki, bu hökm də onun kimi sifarişli və qərəzli olacaq. Ümumiyyətlə Azərbaycan məhkəmə sistemində bulaşmamış hakim yoxdur. Siz də bulaşmısız. Siz də sifarişlə hökm çıxarırsız və çıxaracaqsız”.

Hakim onun sözünü kəsdi və bildirdi k, məhkəmə tərtibinə etiraz edib etmədiyini soruşur.

Xədicə cavabında dedi ki, etirazın mənası yoxdur.

Daha sonra hakim iş üzrə dövlət ittihamını müdafiə edn prokuror Ramazan Hadyevi təqdim etdi.

Xədicə İsmayıl:
- Rüstəm Usubovu o təmsl edəcək?

Ramazan Hadıyev:
- Mən Baş Prokurorluğu təmsil edirəm.

Xədicə İsmayıl:
-Məsələ burasındadır ki, ittiham aktına Rüstəm Usubov imza atıb.

Həmin vaxt çöldən “Xədicə, Xədicə!” şüarları eşidilirdi.Xədicə buna qələbə işarəsi göstərmək və gülməklə cavab verdi.

Hakim də çöldən gələn səslərin kəsilməiyini görüb reaksiya vermək məcburiyyətində qaldı:​
- Yer olsa hamını buraxardım.

Xədicə İsmayıl:
- Deməli, məhkəmədə iştirak etmək istəyənləri yerlə təmin etmək lazımdır.
Məgər cinayət prosessual məcəlləsi sizə başqa yerdə məhkəmə keçirməyə icazə vermir? Sovet vaxtı böyük məhkəmələr başqa məkanlarda keçirilirdi.

Hakim buna cavab olaraq bildirdi k, məhkəmə prosesi yalnız məhkəmə zalında keçirilməlidir.

Vəkil Fəxrədin Mehtiyev böyük zalda keçirməyi təklif etdi. Hakim dedi ki, böyük zalda başqa böyük işə - terrorla bağlı işə baxılır.

“SÜRƏTİNİZƏ HEYRANAM”

Bir neçə dəqiqə davam edən fasilədən sonra hakim Yalçın İmanovla bağlı vəsatəti təmin etmədiyini elan etdi.

Xədicənin buna münasibəti belə oldu:
- Qərarı indi yazdınız, yoxsa əvvəldən hazır idi?

Hakim:
- Bunu biz sizə deməməliyik.

Xədicə:
- Bravo sürətinizə heyranam.

Əvvəldən də bilirdim ki, Tural Mustafayev təzyiq yolu ilə buna məcbur edilib. Ona görə də bu barədə çox danışmamağa çalışırdım. Çünki insanların zəif durumudan istifadə edib onu vicdanı ilə sınağa çəkmək sizin təcrübənizdir, bizim yox. Biz insanların azad olması üçün çalışırıq....

Vəkil Fariz Namazlı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırdı, bildirdi ki, jurnalistə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.

Digər vəsatət bir sıra şahid ifadələrinin yolverilməz sübut kimi iş materiallarından çıxarılması ilə bağlı oldu. Vəkil bunu elə əsaslandırdı ki, həmin ifadələr Tural Mustafayev və onun atasının dediklərinə əsaslanır, birbaşa öz fikirləri deyil.

Fariz Namazlı
Fariz Namazlı

Prokuror bu vəsatətə münasibət bildirərkən dedi ki, açıq məkəmə prosesidir, qoy adamlar gəlib məhkəmədə öz sözlərini desinlər.

Fəxrəddin Mehtiyev də bildirdi ki, Xədicə İsmayıl yaradıcı fəaliyyətlə məşğul olub, onun fəaliyyətini sahibkarlıq kimi qiymətləndirmək son dərəcə yalnışdır: “Bu iş başdan ayağa cəfəngiyyatdır, hüquq elminin özünə yanaşmada ciddi və təəccübləndirici səhvlərə yol verilib”.

“ÇALIŞIRAM QANUNLARA TABE OLUM”

Xədicə İsmayıl vəkilinin cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətinə fikir bildirdi:

“Eyni uğurla AzadlıqRadiosunda təmizlik işlərinə baxan Mətanət xalanı da həbs eləmək olardı. Onun maliyyə işlərinə aidiyyatı nə qədər olubsa, mənimki də o qədər olub. Əgər sizin iş materiallarına göz atmaq imkanınız olubsa, buna əmin deyiləm, amma ümid edirəm ki, olub, orada mənim AzadlıqRadiosunun Bakı bürosundakı rəhbər qismində müqaviləmi görərdiniz.

Müqaviləyə əsasən mənim maliyyə ilə bağlı sərəncam vermək səlahiyyətim olmayıb və vəzifəli şəxsin bankda imza nümunələri olur, mənim olmayıb.

Təcridxanada yeganə ehtiyatlandıqları şey yazı yazmağımdır. 3 dəfə yazı yazmağımla bağlı akt tərtib ediblər. Mənim yazı yamağımın istintaq təcridxanasına nə aidiyyatı var. Məni çağırıb soruşurlar ki, niyə yazırsan, necə ötürürsən, mən də deyrəm telepatiya yolu ilə.

Mən büro rəhbəri kimi yaradıcılıq məsələləri, gündəlik işin təşkili ilə məşğul olmuşam. Hətta maliyyə məsələləri ilə bağl cinayət işi baş versəydi belə, onun subyekti mən ola bilməzdim.

Məndən əvvəl büro rəhbərlərinə etibarnamə verilib, ancaq mənə belə bir etibarnamə də verilməyb. Görünür, nə Azərbaycan hökuməti mənə etibar edib, nə də AzadlıqRadiosu rəhbərliyi. Elə mən özüm də əvvəlcədən demişdim ki, yalnız yaradıcılıq işləri ilə məşğul olacam. Ədliyyə Nazirliyində də olan nizamnamədə göstərilib ki, büro rəhbəri maliyyə işləri ilə yalnız xüsusi etibarnamə əsasında görə bilər.

Digər ittihama gəldikdə, jurnalistika lisenziya tələb olunan fəaliyyət deyil. Jurnalistika azad fəaliyyətdir. Senzura da rəsmən ləğv olunub. Mən də həmişə çalışıram ki, qanunlara tabe olum. Qanunlar da jurnalistika ilə məşğul olmağa görə lisenziya tələb etmir.

Lisenziya tələb edən fəaliyyət radionun FM-də yayım məsələsi ola bilər. Biz yaradıcı materialların hazırlanması ilə məşğul olmuşuq. 2010-cu ildə mən büro rəhbərliyindən getməmişdən bir neçə gün əvvələ qədər Vergilər Nazirliyi büroda yoxlamalar apardı. Əgər hansısa problem olsaydı, onda deyərdilər, xalaoğlum, bibioğlum deyillər ki...

Həftədə 2 gün xüsusi adam ayırırlar ki, telefon danışığıma qulaq assın. Hər gün allt paltarlarıma kimi yoxlayırlar. İstintaq təcridxanasında xeyli iş yeri yaratmışam.

125-ci maddəyə gəlincə, Tural Mustafayev öz də bildirdi ki, təzyiq altında şikayət ərizəsi yazıb. Mən əvvəldən də bilirdim ki, o, təzyiq yolu ilə buna məcbur edilib. Ona görə də bu barədə çox danışmamağa çalışırdım.

Tural Mustafayev
Tural Mustafayev

Çünki insanların zəif durumudan istifadə edib onu vicdanı ilə sınağa çəkmək sizin təcrübənizdir, bizim yox. Biz insanların azad olması üçün çalışırıq. Təəssüf edirəm ki, hamını qoruya bilməmişik, o cümlədən Tural bəyi. Hamını qorumağa gücümüz çatmır və ona görə də belə hadislər olur”.

MÜSTƏNTİQLƏRƏ “ADAM KİŞİ OLAR” MƏZMUNLU MƏKTUB YAZDIM

Xədicə İsmayılın daha bir vəsatəti iş materiallarının surətinin ona verilməsi barədə oldu:

“Mənə cinayət işinin materialları ilə tanış olub qeydlər götürmək yox, sadəcə vərəqləmək imkanı yaradılıb. Mən qeydlər götürmək istəyəndə dedilər ki, istədiyiniz bütün səhifələrin surətləri veriləcək. Çünki tələsirdilər.

Sonra mən istintaqa vəsatət verdim, vəsatətdə sürətini istədiyim sənədlərin siyahısını da verdim. Mənə 9 iyul tarixli məktubla cavab verdlər, onda da artıq iş məkəmədə idi. Ona görə də artıq heç nə edə bilməzdim. Belə olan halda mən də müstəntiqlərə təxminən “Adam kişi olar” məzmunlu məktub göndərdim. 30 iyunda müstəntiqlər gəldilər və bildirdilər ki, istədiyim sənədlərin sürətini vəkillərə verəcəklər. Amma bunu da etməilər. Ümid edirəm ki, məhkəmə bunu edəcək və lazım olan iş materiallarının surətini vəkillərimə verəcək”.

Hakim sənədlərin surətlərinin verilməsi ilə bağlı vəsatəti açıq saxladı, Xədicə İsmayılın surətini istədiyi siyahı bir daha nəzərdən keçirilcək, hansını vermək mümkündürsə veriləcək.

Digər vəsatətlər isə təmin olunmadı.

“BU BARƏDƏ DAHA ƏTRAFLI DANIŞACAM”

Vəkil Fariz Namazlı növbəti vəsatət verdi. Tural Mustafayevin videomüraciətinin sübutlar siyahısına salınmasını istədi. Tural Mustafayev özü də məhkəmədə təsdiqlədi ki, Xədicəyə qarşı ifadə verməsi üçün ona təzyiq göstərilib:

“Mən vəsatətin təmin olunmasını istəyirəm. Videoomürciətdə dediklərimi bir daha təsdiq edirəm. İbtidai istintaq zamanı dəfələrlə təkcə mənim yox, başqalarının da ifadələri dəyişdirilib. Məhkəmə proseslərində bu bardə daha ətraflı danışacam”.

Prokuror isə bu vəsatətə cavabında həmin videoçkilişin mənbəyinin şübhəli olduğunu söylədi.

Xədicə İsmayıl isə bildirdi ki, prokuror növbəti dəfə ikili standartlar nümayiş etdirir. “Onların sübutları olanda heç nə araşdırılmır, amma söhbət bizim sübutlardan gedəndə qanun yada düşür”.

Məhkəmə bu vəsatəti də təmin etmədi.

Vəkillər məhkəmə prosesinin video və audio çəkilişinin aparılması ilə bağlı vəsatət də qaldırdılar, amma bu vəsatətə də cavab eyni oldu, təmin olunmadı.

“CAMAATIN ŞƏXSİ HƏYATINA BURNUNU SOXAN İLHAM ƏLİYEVDİR”

Xədicə İsmayıl:
- Bayaq prokuror vəsatətə münasibət bilirərkən israr edirdi ki, açıq məhkəmə prosesidir, qoy hamı gəlib sözünü desin. Onların məqsədi Tural Mustafayevin yaxınlarını danışdırıb mənim şəxsi həyatımı burada nümayiş etdirməkdir.

Birinci dəfə deyil ki, hakimiyyət, prokurorluq mənim şəxsi həyatıma müdaxilə edir, onlar üçün etik sərhədlər yoxdur, amma bununla belə mən yenə də prosesin açıq keçirilməsini istəyirəm. Əgər onlar düşünürlərsə ki, bu yolla məni biabır edəcəklər yanılırlar. Biabır olacaq Azəraycan hakimiyyəti və İlham Əliyevdir. Camaatın şəxsi həyatına burnunu soxan İlham Əliyevdir.

“HAKİMİYYƏTİN BU YÜKDƏN AZAD OLUNMASINI İSTƏYİRƏM”

İlham Əliyev
İlham Əliyev

Ev dustaqlığı ilə bağlı vəsatət də təmin olunmadı. Xədicə bu vəsatətə münasibət bildirərkən dedi ki, həbsdə saxlanmasının əsas məqsədi İlham Əliyevin ailə biznesi barədə araşdırmalarının qarşısını almaqdır, amma bildirdi ki, o yazmasa da, başqa jurnalistlər yazır:

Prezident İlham Əliyevin mənimlə şəxsi qərəzi var və məni o həbsdə saxlatdırır.

“Təcridxanada bunların yeganə ehtiyatlandığı şey mənim yazı yazmağımdır. 3 dəfə yazı yazmağımla bağlı akt tərtib ediblər. Mənim yazı yamağımın istintaq təcridxanasına nə aidiyyatı var. Məni çağırıb soruşurlar ki, niyə yazırsan, necə ötürürsən, mən də deyrəm telepatiya yolu ilə. Mənim həbsim Azərbaycan dövləttinə böyük yük olub. Həftədə 2 gün xüsusi adam ayırırlar ki, telefon danışığıma qulaq assın.

Hər gün allt paltarlarıma kimi yoxlayırlar. İstintaq təcridxanasında xeyli iş yeri yaratmışam. Azərbaycan hakimiyyətinin bu yükdən azad olunmasını istəyirəm. İndiyənədək yük olmamışam, əksinə pul qazanıb, vergi ödənişəm. Mənm həbsimlə bağlı qərarda göstərilib ki, zərərçəkmiş və şahidlərə təzyiq göstərə bilərəm. Mən bilirəm ki, həmin azadlar təzyiq altındadırlar, mən onların vəziyyətini daha da ağırlaşdırmaram. İlham Əliyevin mənimlə şəxsi qərəzi var.”

Prokuror Xədicə İsmayılın bu çıxışına etiraz edərək onun yalnız vəsatətə münasibət bildirməli olduğunu dedi.

Xədicə İsmayıl: “Güman edirəm dövlət başçısının adı sizin inhisarınızda deyil. Prezident İlham Əliyevin mənimlə şəxsi qərəzi var və məni o həbsdə saxlatdırır. Siz də o qərəzdən irəli gələn sifarişi icra edirsiz”.

Vəkil Fariz Namazlının daha bir vəsatəti Xədicə İsmayılın şüşə kabinədən çıxarılıb vəkillərinin yanında oturması ilə bağlı oldu. Hakim vəsatəti təmin etmədi.

İş məhkəmə baxışına verildi. Növbəti proses avqustun 7-də təyin olundu.

AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Yerli və beynəlxalq təşkilatlar onu vixdan məhbusu hesab edirlər.

Xədicə İsmayılın həbsi və onun araşdırmaları ilə bağlı bütün məlumatları bu səhifədə ala bilərsiz.

XS
SM
MD
LG