Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

4 milyard manat vergi yığılıb


-

Vergilər Nazirliyi bu ilin 7 ayında təxminən 4 milyard manat vergi yığıb.

Nazirlik bildirir ki, bununla da proqnoz tapşırığına 101,9 faiz əməl edilib.

2015-ci ilin büdcə layihəsinin gəlirləri 19 milyard 430 milyon manat müəyyənləşdirilmişdi.

Lakin parlamentin yaz sessiyasında maliyyə naziri Samir Şərifov gəlirlərin azı bir milyard manat azaldılaraq, 18 milyard 300 milyona salındığını bildirmişdi.

İlkin büdcə layihəsində (gəlirlər azaldılmadan öncə) Vergilər Nazirliyindən dövlət büdcəsinə daxilolmalar 7,1 milyard manat nəzərdə tutulmuşdu.

2015-ci ilin büdcəsində gəlirlərin 10,1 milyardı Neft Fondundan transfert idi. Bu ümumi dövlət büdcəsinin 65 faizi deməkdir.

XS
SM
MD
LG