Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Bakı ABŞ-ın ittihamlarına cavab verdi


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

-

«ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq».

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 14-də yaydığı bəyanatda deyilir.

Bəyanatda o da bildirilir ki, Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur: «Lakin qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir».

XİN bəyan edir ki, səfirliklərin və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub:

«Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabrından Leyla Yunus Almaniyanın «Charite» xəstəxanasının həkimi professor Christian Witt-in və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub».

«LEYLA VƏ ARİFİ HUMANİTAR ƏSASLARLA BURAXMAĞA ÇAĞIRIRIQ»

Bir qədər öncə Dövlət Departamentinin mətbuat nümayəndəsi John Kirby bildirib ki, məhkəmənin Yunuslarla bağlı qərarı Birləşmiş Ştatları dərindən narahat edir. Kirby-nin dediyinə görə, həmin şəxslərə qarşı irəli sürülən ittihamlar onların insan haqları sahəsində gördükləri iş və bölgədə gərginliyin azalması üçün xalqlar arası konstruktiv proqramlarda iştirakları ilə bağlıdır.

O, həmçinin məhkəmə prosesində pozuntular barədə xəbərlərin və məhkumların səhhətinin də ABŞ-ı narahat etdiyini söyləyib. «Biz Azərbaycan rəsmilərini Leyla və Arifi humanitar əsaslarla azadlığa buraxmağa çağırırıq», - o, qeyd edib.

XS
SM
MD
LG