Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:38

"Xaricdəki əmlakın müsadirəsi real deyil"


Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

-

"Məhkəmə necə sübuta yetirdi ki, onlar bu əmlakı cinayət yolu əldə ediblər?"

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçiləri Leyla Yunusun 8,5 il, Arif Yunusun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm verib.

Bu hökm onların Bakıdakı, Antalyadakı və Çexiya Respublikasındakı əmlaklarının xüsusi müsadirə edilməsi ilə çıxarılıb.

ƏMLAKIN MÜSADİRƏSİ İLƏ BAĞLI HÖKM NƏ VAXT VERİLƏ BİLƏR?

Hüquqşünas Müzəffər Baxış AzadlıqRadiosuna müsahibəsində əmlakın xüsusi müsadirə edilməsilə hökm çıxarılması haqda danışıb. Bildirib ki, Cinayət Məcəlləsinin 99-cu maddəsi – xüsusi müsadirə hallarını tənzimləyir. Həmin maddədə deyilir ki, əmlakın cinayət yolu ilə əldə olunması sübuta yetirilərsə, bu zaman məhkəmə əmlakın xüsusi müsadirəsi məsələsini müzakirə edə bilər:

Müzəffət Baxış
Müzəffət Baxış

“Ümumiyyətlə, Leyla və Arif Yunuslara qarşı ittihamların heç bir əsası yoxdur. Onlar qrant alıblar və həmin qrant əsasında fəaliyyət göstəriblər. Məhkəmənin əmlakın xüsusi müsadirəsi ilə bağlı qərarı da tamamilə əsassızdır. Əvvəla, məhkəmə necə sübuta yetirdi ki, onlar bu əmlakı cinayət yolu əldə ediblər? Azərbaycanda məhkəmə hakimiyyəti mövcud deyil. Məhkəmələr onlara verilən bu və ya digər sifarişi yalnız icra edir”.

“XARİCDƏKİ MÜLKLƏRİN MÜSADİRƏSİ REAL DEYİL”

Müzəffər Baxış əlavə edir ki, Bakıdakı əmlakın hansısa formada müsadirəsi mümkün ola bilər. Amma xaricdəki əmlakın müsadirəsi real deyil:

“Azərbaycanda qanunun tələblərinə əməl etmədən öz istədiklərini edə bilərlər. Amma mən inanmıram ki, beynəlxalq təşkilatların vicdan məhbusu elan etdikləri şəxslərin əmlakının Çexiya kimi demokratik ölkədə müsadirəsi mümkün olsun. Elə Antalyadakı mülkün də müsadirəsi real deyil”.

Müzəffər Baxışın ətraflı müsahibəsini buradan dinləyin.

Gözlə

No media source currently available

0:00 0:04:03 0:00
Direct-ə keçid

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında təqsirli biliniblər. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, AŞPA rəhbərliyi də Yunuslara kəsilən cəzanı kəskin pisləyiblər. Azərbaycan Xarici İşlər Nazirliyi isə məhkəmə hökmünə hörmət qoymağa, qərarı siyasiləşdirməməyə çağırıb.

XS
SM
MD
LG