Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:29

Putin Kobzonu tapşırdı


Rusiyanın tanınmış müğənnisi İosif Kobzon deyib ki, Avropa İttifaqının “qara siyahısında” olmasına baxmayaraq müalicəyə gedir

Rusiya müğənnisi və Dövlət Dumasının deputatı İosif Kobzon Avropa İttifaqının sanksiyasına baxmayaraq sentyabrın 9-da müalicə üçün Avropa İttifaqına səfər edəcək.

Müğənni bu barədə mətbuata açıqlamanı özü verib.

“Mən Putinə minnətdaram, - deyib Kobzon, - onun bu məsələyə müdaxiləsi sayəsində mənə tibb vizası verilib”.

Hiddət və mərhəmət

7 il bundan əvvəl həkimlər İosif Kobzonda mədəaltı vəzin xərçəngini aşkar etmişdilər.

Mən Putinə minnətdaram. Onun bu məsələyə müdaxiləsi sayəsində mənə tibb vizası verilib

Bu ilin fevralında Avropa İttifaqının xarici işlər nazirləri ittifaqa səfərləri qadağan edilən Rusiya vətəndaşlarının və Ukrayna separatçılarının siyahısını genişləndirmək barədə qərarı yekdilliklə qəbul etmişdilər. Bu şəxslərə qarşı viza və bank hesabı sanksiyaları qoylub.

Genişləndirilmiş siyahıya İosif Kobzon da daxil edilmişdi. O vaxt Kobzon “qara siyahıya” düşməsi ilə fəxr etdiyini bildirmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi siyahını əsassız və anlaşılmaz adlandırmışdı.

İyul ayının sonlarında Kobzon ayrı-ayrı xəstə uşaqlara yardım pulu toplamaqdansa, bu vəsaitin Krıma yardım fonduna köçürülməsini təklif etməklə sosial şəbəkələrdə hiddətə səbəb olmuşdu.

Bundan əvvəl Kobzon Avropaya viza almaq üçün Putindən xahiş etdiyini inkar edirdi.

XS
SM
MD
LG