Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:03

Sumqayıtda kütləvi ixtisarlar


www.stp.az
www.stp.az

-

Şon beş ildə Sumqayıtın ən iri sənaye müəssisəsi statusunu qazanan Texnologiyalar Parkı ciddi problemlərlə üzləşib.

Zavodlar kompleksinə daxil olan bir neçə istehsalat sahəsi fəaliyyətini dayandırıb.

İşçilər kütləvi şəkildə ixtisara salınır, maaşların verilməsi isə gecikdirilir.

4500-dən çox işçinin çalışdığı və 17 zavoddan ibarət olan Texnologiyalar Parkı növbəti dəfə çətin günlərini yaşayır.

Sonuncu dəfə burada bənzər vəziyyət ötən ilin əvvəlində, ümumdünya iqtisadi böhranının növbəti dalğası yaşanarkən müşahidə olunmuşdu.

Müəssisədəki mənbə AzadlıqRadiosuna deyib ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC maliyyə çətinlikləri ucbatından xammal ala bilmir və istehsal da buna görə dayanır.

Nəticədə iyun ayından bu yana əmək haqlarının verilməsi dayandırılıb.

“Bir neçə gündür ki, iyun ayının maaşını verməyə başlayıblar. Amma ixtisara düşən fəhlələrin maaşlarının ödənilməsi qabağa salındığı üçün çoxlarının əmək haqqı hələ də verilməyib”, deyə adının çıkilməsini istəməyən fəhlələrdən biri bildirib.

Məlumata görə, bir neçə gün əvvəl maaşların 3 aydan bəri ödənilməməsinə açıq etiraz edən bir qrup işçi rəhbərlik tərəfindən adbaad müəyyən edilərək ixtisar bəhanəsilə işdən azad edilib. Bundan sonra isə etirazlar səngiyib.

Çağırıb elan etdilər ki, sentyabr ayından işləməyəcəksiz. Ərizənizi yazın, işdən çıxın. Maaşımızı isə iyundan vermirlər. Onu da deyim ki, neçə vaxtdır ki, maaşlar iki yerə bölünüb verilirdi: bir hissəsi karta köçürülürdü, qalanını isə əllə alırdıq.

İşdən azad olunanlardan biri də müəssisənin energetika şöbəsində işləyən Nurəddin Səməndərovdur. Deyir ki, ondan başqa energetika şobəsində daha 24 nəfər ixtisara salınıb: “Çağırıb elan etdilər ki, sentyabr ayından işləməyəcəksiz. Ərizənizi yazın, işdən çıxın. Maaşımızı isə iyundan vermirlər. Onu da deyim ki, neçə vaxtdır ki, maaşlar iki yerə bölünüb verilirdi: bir hissəsi karta köçürülürdü, qalanını isə əllə alırdıq”.

Əksər özəl şirkətlərdə olduğu kimi, Texnologiyalar Parkında da işçilərin əmək hüquqlarını qoruyacaq həmkarlar təşkilatı olmadığı üçün heç bir izahat verilmədən ixtisarların aparılması adi hal alıb. Burada orta aylıq əmək haqqı (350-400 manat) ölkə üzrə sənayedə çalışanların orta aylıq əmək haqqından təxminən 2 dəfə azdır.

Texnologiyalar Parkı (stp.az)
Texnologiyalar Parkı (stp.az)

Oxşar vəziyyət “Azenco Group” MMC-nin digər müəssisəsi olan “Azenco” ASC-də də yaşanır. Yaranmış vəziyyəti nə Texnologiyalar Parkında, nə də Sumqayıt şəhər İcra Hakimiyyətində AzadlıqRadiosuna şərh ediblər.

Radionun əməkdaşı ötən şənbə günü, avqustun 29-da səhər saatlarında Texnologiyalar Parkında olub. Müşahidələr nəticəsində və müəssisədə işləyən bəzi şəxslərlə söhbətin nəticəsində məlum olub ki, iş həcminin azalması səbəbindən artıq neçə aydır ki, həftə sonu əksər sexlər çalışmır. Yalnız kabel və texniki qazlar istehsalı sexlərində iş gedir.

Azadlıq Radiosunun araşdırmaları ilə müəyyən olunub ki, Texnologiyalar Parkı “Azenco Group” MMC (keçmiş “İnterEnerji” MMC) vasitəsilə hakim Əliyevlər ailəsinə məxsusdur.

Hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da işləmir.

Texnologiyalar Parkı əvvəlcə “Azenco” ASC-nin tərkibində idi. 2012-ci ilin aprelində o, səhmdar cəmiyyətindən ayrılaraq ayrıca hüquqi şəxs statusu alıb. “Azenco” ASC qeyri-şəffaf şəraitdə aparılan investisiya müsabiqəsi gedişində 2008-ci ildə “İnterEnerji” MMC tərəfindən özəlləşdirilmişdi.

STP-də müxtəlif təyinatlı elektrik kabelləri və naqilləri, büzməli polipropilen borular, texniki qazlar, beton tikinti materialları, armaturlaşdırılmış polad, ağır yük daşıyan yarımqoşqular, elektrik avadanlıqları, su, istilik və kanalizasiya boruları, polietilen boru birləşdiriciləri, ventilyasiya boruları, alüminium və misdən elektrotexniki çubuqlar, alüminium və mis məftillər istehsal olunur.

Hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da işləmir.

XS
SM
MD
LG