Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:53

Xədicənin həbsi və media azadlığı müzakirə edilir


Arxiv fotosu
Arxiv fotosu

Sentyabrın 1-də Azərbaycanda məhkəmə araşdırmaçı jurnalist, AzadıqRadiosunun əməkdaşı Xədicə İsmayılın 7 il yarım müddətinə azadıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu qərar insan haqları tərəfindən jurnaistin Azərbaycan hakimiyyətinin korrupsiya əmlləri barədə araşdırmalarına görə ondan qisas almaq cəhdi kimi qiymətləndirilir.

RFERL Live proqramında Xədicə İsmayılın həbsi timsalında Azərbaycanda media azadlığının vəziyyəti müzakirə edilib.

Müzakirənin videoyazısını aşağıda dinləyə bilərsiz:

Sentyabrın 2-i axşam saatlarında sosial şəbəkələrdə yayılan müzakirədə iştiak edənər aşağıdakılardır:

Karin Deutsch Karlekar ABŞ-dakı PEN təşkilatının İfadə Azadlıqları proqramının rəhbəri.

2015-ci ilin mayında Xədicə İsmayıl PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatına - PEN/Barbara Goldsmith mükafatına layiq görülüb.

PEN-dən əvvəl xanım Karlekar uzun müddət Freedom Huse-un Media Azadlığı layihəsində çalışıb, qlobal media azadlığı sahəsində meyllərə dair sanballı hesabatlar hazırlayıb.

Rachel Denber Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini.

Rachel Denber keçmiş sovet respubikaları üzrə mütəxəssisdir. Avqustun 10-da Human Rights Xədicə İsmayılı özünün Alison Des Forges mükafatı ilə təltif edib.

Xanım Denber bundan əvvəl Human Rights Watch-un Moskva ofisinin başçısı kimi Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Estoniya, Ukrayna, Qırğızıstan və Tacikistanda insan haqlarının vəziyyətinə dair araşdırmalara rəhbərlik edib.

Kənan Əliyev AzadlıqRadiosu və Amerikanın səsinin birgə layihəsi olan rusdilli "Current Time" televiziya proqramının rəhbəridir. 2015-ci ilin əvvəlinə qədər Kənan Əliyev AzadlıqRadiosunun Azərbaycan xidmətinə rəhbərlik edib.

John M. Donnelly 2004-cü ildən bəri ABŞ-dakı "Congressional Quarterly" nəşrlər evinin yazarıdır, müdafiə və xarici siyasət məsələləri üzrə ixisaslaşıb. O, "Defence Week" dərgisində çalışıb, jurnalist arşdırmalarına görə çoxsaylı mükafatlara layiq görülüb. ​

John M. Donnelly "The Los Angeles Times", "Ecnomist" dərgilərndə çoxsaylı məqalələrlə çıxış edib,

Arzu Qeybulla bloqer və müstəqil jurnalistdir. O, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı canlı bloqlar hazırlayır, yerli və beynəlxalq media üçün Azərbaycanda Azərbaycan haqqında müntəzə məqalələrlə çıxış edir.

Arzu QeybullaAzadlıqRadiosunun Vaclav Havel Jurnalistika proqramının keçmiş təqaüdçüsü, Vaşinqtonda yerləşən Münaqişələrin Həlli Mərkəzinin həmsədridir.

Daisy Sindelar (müzakirənin aparıcısı) AzadlıqRadiosunun Avropa Xidmətəri üzrə regional direktorudur. O, radionun keçmiş baş müxbiri kimi keçmiş Sovet Respublikalarında qadınlar, uşaqlar və milli azlıqların məsələləri üzrə çoxsaylı məqalələrin müəllifidir.

XS
SM
MD
LG