Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

iPhone 6S tanıdıldı


iPhone 6s
iPhone 6s

-

«Apple» şirkəti «iPhone 6S» smartfonunu təqdim etdi.

Bəs «iPhone 6S»də hansı yeniliklər var?

EKRAN

«Apple» bu il ekranla bağlı elə bir dəyişiklik etməyib. «iPhone 6»da olduğu kimi, ekran ölçüsü 4.7 düymdür. Bu ekran 1400:1 kontrast faizinə, 500 cd/m2 maksimum parlaqlıq dərəcəsinə sahibdir.

Əsas yenilik «3D Touch» xüsusiyyətidir ki, yüngül bir toxunuşla hər şeyi daha sürətli etməyə, menyuların qısa yollarını yaratmağa imkan verir.

Əvvəlkindən daha sürətli və təkmilləşdirilmiş barmaq izi sensoru ilə «Touch ID» telefon kilidini açmağı daha sürətli və asan edəcək.

KAMERA

«Apple» «iPhone 6S»lə kameranın keyfiyyətini yaxşılaşdırıb. Cihaz 12 meqapiksellik arxa, 5 meqapiksellik ön kamerayla təchiz edilib. «iPhone 6»da bu göstəricilər 8 meqapiksel və 1.2 meqapikseldir.

«iPhone 6 S» 4G keyfiyyətində video çəkə bilir.

PROSESSOR

«iPhone 6S»64-bitlik A9 prosessoru ilə işləyir. Bu da A8 prosessoruna görə 70 faiz daha sürətli çalışır.

Əsas yenilik «3D Touch» xüsusiyyətidir ki, yüngül bir toxunuşla hər şeyi daha sürətli etməyə imkan verir.

YENİ RƏNG ÇALARI

Batareya, yaddaş, bağlantı funksiyaları «iPhone 6-da» olduğu kimi qalır. «iPhone 6S» «3D Touch» xüsusiyyətinə görə 0.2 mm daha qalındır.

Smartfon yeni qızılgül rəng çalarında təklif olunur. Əvvəllər çəhrayı rəngin istifadəsi müzakirə olunsa da, bu reallaşmamışdı.

Cihazın istehsalında yeni materiallardan istifadə olunub. Bu, xüsusi olaraq «Apple» üçün nəzərdə tutulan yüngül alüminiumdur.

Sentyabrın 25-dən etibarən smartfon ABŞ-da müqavilə əsasında 199 dollardan başlayan qiymətlə satışa çıxarılacaq.

XS
SM
MD
LG