Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Azərbaycanda hamının sevdiyi tək Adam…


Üzeyir Hacıbəyli.
Üzeyir Hacıbəyli.

-

İz - Azərbaycanda hamının sevdiyi tək Adam…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

Onu məxsus olduğu ölkədə uşaqdan-böyüyə hər kəs tanıyır.

Musiqisi dillər əzbəridir.

Hər mahnısı, ariyası, operası insanın qanına, iliyinə işləyir.

Hələ yazdığı dialoqlar!..

Hər biri atalar sözünə, zərb-məsələ çevrilən dialoqlarını hamı gülə-gülə, ürəkdən sevərək işlədir.

İLK OPERANIN – «LEYLİ-MƏCNUN»UN MÜƏLLİFİ

O, Azərbaycanda ilk operanın müəllifidir.

İlk musiqili komediyanın da təməlini qoyub.

O, «Əkinçi»dən sonra – ötən əsrin əvvəllərində yaranan anadilli mətbuatın da ilk redaktorlarındandır («İqbal» qəzeti).

HİMNİN MÜƏLLİFİ

O, Azərbaycan Cümhuriyyəti himnini bəstələyib.

Onun himnini eşidərkən, hər kəs sayqıyla ayağa durur.

O, cümhuriyyət dönəmində rəsmi «Azərbaycan» qəzetinin baş redaktoru olub.

Həmfikirləriylə böyük bir yola - İstiqlal yoluna qədəm basıb.

Heyhat!

Bolşeviklərin gəlişi bu Böyük Şəxsiyyətin yaradıcılığını susdurub.

PEŞƏKAR MUSİQİ TƏHSİLİNİN BANİSİ

Sovet dönəmində qınına çəkilərək Azərbaycanda musiqi təhsiliylə bağlı möhtəşəm işlərə imza atıb.

Musiqi məktəbləri açıb, konservatoriya yaradıb, musiqi nəzəriyyəsinə aid dərsliklər yazıb, xor və ilk notlu xalq çalğı alətləri orkestri təşkil edib, xalq musiqisini toplayan kabinet açıb və s.

«KOROĞLU»

Uzun susqunluqdan sonra (17 il!) dillərə dastan «Koroğlu» operasını bəstələyib.

Sovetlərin hər cür basqısına - qəfil gecə zənglərinə, yuxudan oyatmalara, «utanclı keçmişini» xatırlatmalarına, çuğullamalara, hədə-qorxulara dözərək, yaşayıb-yaradıb…

Xaricdə yaşayan qardaşının - Ceyhun Hacıbəylinin varlığı «Damokl qılıncı» kimi başı üstündən asılıb.

RƏSULZADƏNİN YAZDIQLARI:

M.Ə.Rəsulzadənin Üzeyir bəylə bağlı çox sərrast fikirləri var. Vətəndən uzaqlarda yaşasa da, Əmin bəy köhnə dostunun nələr çəkdiklərindən həmişə xəbər tutub:

«Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli, sonra kəndi - kəndini yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasiylə nüfuzunu hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sömürə bildikcə sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəfa və ünvanlarla onu «mənimsəmişdir». Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir...». 1948…

Bəlkə elə bu «sömürmələr» üzündən cəmi 63 yaşında dünyasını dəyişib Üzeyir bəy…

Onun Bakıda izdihamlı dəfnini (23 noyabr, 1948) Həsən bəy Zərdabinin dəfni ilə (28 noyabr, 1907) müqayisə edirlər.

Üzeyir bəydən - Hacıbəylilər nəslinin ən məşhur nümayəndəsindən danışırıq.

Sentyabrın 18-də (1885) bu Böyük Kişinin 130 yaşı tamamlanır.

AzadlıqRadiosunun «İz» proqramı, hər zaman olduğu kimi, bir daha Milli Musiqi Günündə Üzeyir bəyin xatirəsini anır.

ÜZEYİR BƏYİN HANSI SÖZÜNÜ ANAR MÜƏLLİM YADDAŞINA YAZIB?

Verilişdə onun haqqında müxtəlif illərdə müxtəlif sənət sahibləri– musiqişünaslar, rəssamlar, sənətşünaslar, araşdırıcılar, yazarlar danışırlar.

Ondan sevgiylə, vurğunluqla, iftixarla söz açırlar.

Proqramımıza danışanlardan yazıçı Anar uşaqkən Üzeyir bəyi dəfələrlə canlı-canlı gördüyünü, söhbətini eşitdiyini söyləyir.

-Üzeyir bəyin hansı sözü Anar müəllimin yaddaşında əbədi qalıb?

Mətbuat araşdırıcısı Şirməmməd Hüseynov onun nəşrlərdən kənara qalmış əsərlərini üzə çıxarmağın verdiyi zövqdən danışır.

-Şirməmməd müəllim Üzeyir bəyi kimlərlə bir cərgəyə qoyur?

Bir sözlə, sentyabrın 13-də saat 23-də bu «İz»i qaçırmayın!

XS
SM
MD
LG