Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:55

Köçkünlər üçün Bakıya giriş azaddır


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılmasına qoyulmuş qadağa məcburi köçkünlərə şamil edilmir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib.

Onun dediyinə görə, Bakı qeydiyyatında olan məcburi köçkünlərin avtomobillərinin paytaxta buraxılmasında heç bir məhdudiyyət yoxdur. Məlum qərar onlara şamil edilmir.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış aylarında Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.

Yay qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:00-dan 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, onlar saat 22:00-dan 7:00-a qədər şəhərə daxil ola bilər.

Qış qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:00-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik maşınları paytaxta buraxılmayacaq, onlar saat 21:00-dan 7:00-a qədər Bakıya daxil olacaq.

XS
SM
MD
LG