Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:50

AXCP sədrinin müşavirinə qarşı ittiham sərtləşdirildi


Məmməd İbrahim
Məmməd İbrahim

-

Oktyabrın 20-də Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə AXCP sədrinin müşaviri Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb və ona qarşı irəli sürülən ittiham sərtləşdirilib.

Qapalı keçirilən məhkəmədən sonra Məmməd İbrahimin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, onlar həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdilər: «Baxmayaraq ki, vəsatətin təmin edilməsi üçün hüquqi əsaslar vardı, məhkəmə vəsatətimizi təmin etmədi. Bu qərardan apellyasiya verəcəyik».

Vəkil onu da əlavə edir ki, istintaq zamanı Məmməd İbrahimə verilən CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi dəyişdirilib: «Oktyabrın 5-də müstəntiq əmələ tövsif verib və Məmməd İbrahimə CM-nin 221.2.2 maddəsini tövsif edib. Bu maddədə isə 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur».

Yalçın İmanovun dediyinə görə, əməlin tövsif edilməsindən nə müştərisinin, nə də onun xəbəri olub.

İCTİMAİ QAYDANI QORUMAQ VƏZİFƏSİNİ DAŞIYAN ŞƏXSƏ MÜQAVİMƏT

Vəkil deyir ki, məhkəmədə müstəntiqdən əməlin başqasıyla tövsif edilməsi barədə rəsmi qərarı istəyiblər: «Amma bizə o qərarı təqdim etmədilər. Maddənin məzmunu belədir ki, hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini daşıyan şəxsə müqavimət göstərməklə xuliqanlıq etmək nəzərdə tutulur».

Məmməd İbrahim maddənin dəyişdirilməsi arqumenti ilə razılaşmayıb. Vəkil deyir ki, Məmməd İbrahim ictimai qaydanı qorumaq vəzifəsini daşıyan Oruc adlı şəxsi tanımadığını və ona qarşı hər hansı müqavimət göstərmədiyini bildirib: «Məmməd İbrahim dedi ki, istəyirsiniz bundan sonra ən ağır maddələri mənə qarşı irəli sürün, yolumdan çəkilmək niyyətim yoxdur».

Oktyabrın 2-də Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülmüşdü. Oktyabrın 3-də isə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Məmməd İbrahim və partiyadaşları həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

XS
SM
MD
LG