Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Qəzaya düşən təyyarədə azərbaycanlı yoxdur


«Airbus-321»
«Airbus-321»

-

«Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində Azərbaycanın Misirdəki səfirliyində konsulluq qeydiyyatında olan azərbaycanlı yoxdur».

Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Səfir bildirib ki, sərnişinlərin kimliyi ilə bağlı təfərrüatları araşdırılır.

Rusiya mətbuatının dərc etdiyi siyahıda da təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.

Rusiyanın «Kogalymavia» şirkətinə məxsus «Airbus-321» sərnişin təyyarəsi oktyabrın 31-i səhər Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

Təyyarədə 217 sərnişin və 7 heyət üzvü olub.

XS
SM
MD
LG