Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Türkiyədə son beş ayın ikinci parlament seçkisi keçirilir


Türkiyədə son beş ayın ikinci parlament seçkisi keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Türkiyədə son beş ayın ikinci parlament seçkisi keçirilir

.

1 noyabr seçkiləri ölkənin təhlükəsizlik problemləri, iqtisadi problemlər və dərinləşməkdə olan siyasi, məzhəb və etnik bölünmə ilə üz-üzə olduğu vaxtda baş verir.

7 iyun seçkisləri ölkəni nataraz parlamentlə üz-üzə qoydu. Prezident Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) çoxluğu əldən verdiyinə görə ölkə həm də hökumətsiz qaldı. Lideri öz səlahiyyətlərini konstitusion dəyişikliklər vasitəsilə genişləndirmək iddiasında olan iqtidar yenidən seçki çağırmalı oldu.

Keçirilən sorğular bu dəfə də nəticələrin əvvəlkinə oxşar olacağını deməyə əsas verir. Dini təmayüllü AKP-nin çoxluğu qazana bilməməsi partiyanı hakimiyyəti Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bölməyə məcbur edə bilər. CHP-nin seçkidə ikinci yeri qazanacağı proqnozlaşdırılır.

Seçkilər ölkədə məzhəb zəminində zorakılıq və qonşu Suriyadakı münaqişənin təsirləri fonunda baş verir.

Ölkənin cənub-şərqində hökumət qüvvələri ilə qanunsuz Kürdistan Fəhlə Partiyası (PKK) arasında zorakılıq bir neçə ay əvvəl intensivləşib. Bundan başqa oktyabrın 10-da Ankarada sülh yürüşü zamanı 100-dən çox insanın həyatına son qoymuş iki suiqəsdçi bomba partlayışı ölkəni lərzəyə gətirib.

Erdoğan deyib ki, bu Suriya kəşfiyyatı və kürd fəallarının ekstremist “İslam Dövləti” qrupu ilə birgə işinin nəticəsidir. Hökumət bu terror aksiyasına “İD” silahlısı olmaqda şübhəli bilinən şəxslərə qarşı keçirdiyi əməliyyatla cavab verdi.

Türkiyə həmçinin kürd qüvvələrinin Suriyada bəzi əraziləri tutmasının Türkiyənin kürd azlığı arasında separatçı meylləri gücləndirəcəyindən narahat olub. Türkiyə bundan başqa ölkələrindəki vətəndaş müharibəsindən canını qurtarmaq üçün Türkiyə sərhədini keçmiş 2 milyondan çox Suriya qaçqını ilə də üz-üzədir.

Türkiyənin 800 milyard dollarlıq iqtidadiyyatı üçün də ötən il çətin olub. Ölkənin iqtisadi artımı 3%-dən də aşağı düşüb, milli valyuta isə bu ilkin ilk 10 ayı ərzində ABŞ dollalrına nisbətdə 20%-dən çox ucuzlaşıb.

Oktyabrın 29-da Erdoğan jurnalistlərə deyib ki, “Türkiyənin itirməyə vaxtı yoxdur” və bu seçkilər ölkə üçün bir növ “dönüş nöqtəsidir”.

“Əgər xalqımız tək partiyaya şans verərsə stabillik davam edəcək,” deyə o bildirib.

"Şübhəsiz ki, noyabrın 2-si səhəri hamı birlikdə nəticələrə hörmət göstərəcək... Bundan sonra ümid edirik ki, Türkiyə son beş ayda yaşadıqlarını bir daha yaşamayacaq,” deyə Erdoğan əlavə edib.

Erdoğanın opponentləri onu get-gedə daha avtoritar olmaqda günahlandırıblar. Qərb hökumətləri isə onu media azadlıqlarını təqib etdiyinə görə qınayıblar. Onun özü bu iddiaları rədd edir.

1 noyabr seçkilərinə az qalmış çirkli pulların yuyulması ilə bağlı aparılan bir təhqiqat çərçivəsində iki telekanalın ofisində reydlər keçirib.

Hökumət Erdoğana qarşı tənqidçi mövqedə olduğu deyilən bu iki kanalın yayımlanmasını dayandıraraq siyasi müxalifətin, Avropa rəsmilərinin və əsas beynəlxalq medianın qınağına səbəb olub.

50-yə qədər beynəlxalq media qurumunun redaktorunun imzaladığı məktubda deyilir:

“Biz son hadisələrin hökumətin seçkidən əvvəl hər hansı müxalifəti, yaxud tənqidi susdurması üçün aparılan razılaşdırılmış kampaniyanın bir hissəsi olduğu barədə geniş yayılmış narazılığı paylaşırıq.”

Avropa Şurasının insan hüquqları üzrə kommissarı Nils Muiznieks xəbərdarlıq edib ki, media qruplarına qarşı fəaliyyət “seçkiyə bir həftədən də az qaldığı vaxtda Türkiyə ictimaiyyətinə və jurnalistlərə çox qorxulu mesajlar ötürür.”

1 noyabr seçkilərində iştirak edən 3 əsas müxalifət partiyası da telekanallara hücumu tənqid edib.

AKP və CHP-dən başqa 550 yerlik parlamentdə yer qazanacağı düşünülən digər iki partiya Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürlərin təmsilçisi kimi çıxış edən Xalqların Demokratik Partiyasıdır (HDP).

HDP iyunda keçirilmiş parlament seçkilərində 80 yerə sahib ola bilmişdi. Erdoğanın hakim AK partiyasının təkbaşına hökumət qurmaq üçün zəruri olan çoxluqdan məhrum olmasında rol oynamış bu nəticə Türkiyə kürdləri üçün dönüş nöqtəsi sayıla bilər.

XS
SM
MD
LG