Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

İlhamiyyə Rzayevanın vəkili polisə aparılıb


İlhamiyyə Rzayeva
İlhamiyyə Rzayeva

-

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyini vermiş jurnalist İlhamiyyə Rzayevanın vəkili (həm də həyat yoldaşı) Həmid Herisçi saxlanılaraq polisə aparılıb. Az sonra isə sərbəst buraxılıb.

Bu haqda AzadlıqRadiosuna İlhamiyyə Rzayeva özü məlumat verib. O bu haqda «facebook» sosial şəbəkəsində də yazıb: «Müşahidəçilərimizin sayı az olduğundan səyyar qutunu müşayiət etmək üçün vəkillərimiz gedir. Vəkilim Həmid 19 saylı məntəqədən bununla bağlı məlumata əsasən məntəqəyə yollandı, ora çatanda məlum oldu ki, qutu artıq bizim nümayəndəmiz olmadan yola salınıb. Yolda qutunu və onu müşahidə edən adamları haqlayan Həmid onlarla ünvana yollananda məlum olub ki, yaşlı qadın əlil deyil, qutunun gətirilməsi ilə bağlı ərizə zad da yazmayıb, ümumiyyətlə seçkilərə inanmır və səsvermədən imtina edir. Deməli, ərizə saxta imiş».

İlhamiyyə Rzayeva deyir ki, məntəqəyə qayıtdıqdan sonra məntəqə sədri Həmid Herisçidən ərizəni geri qaytarmasını tələb edib. Ancaq o, məktubu qaytarmaqdan imtina edir. Buna görə də məntəqə sədri polis çağırır və Həmid Herisçi 26-cı polis bölməsinə aparılır.

Az sonra Həmid Herisçi ərizə yazıb və sərbəst buraxılıb. Namizədin saxta olduğunu söylədiyi məktub sosial şəbəkədə də paylaşılıb.

POLİS MÜŞAHİDƏÇİNİ DƏ APARIB

İlhamiyyə Rzayeva deyir ki, az sonra onun müşahidəçisi Vasif Həsənov saxlanılıb: «O saxtakarlığı görüb və buna etirazını bildirib. Onunla bağlı iki dəfə akt yazılıb. Üçüncünü yazanda isə məntəqədən uzaqlaşdırılır. Müşahidəçidən məntəqədən çıxmasını istəyiblər. O da etirazını bildirəndə, polis çağırıblar».

Müşahidəçi 30 dəqiqə polis avtomobilində saxlanıldıqdan sonra buraxılıb və indi müşahidəsini davam etdirir: «Məqsəd məntəqəni boş saxlamaqdır» - İlhamiyyə Rzayeva bildirib.,

DSK-dan hələlik açıqlama ala bilməmişik.

XS
SM
MD
LG