Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:21

3 AŞPA müşahidəçisindən Bakıya ittihamlar


Bakıda seçki məntəqələrindən biri, 1 noyabr 2015
Bakıda seçki məntəqələrindən biri, 1 noyabr 2015

AŞPA müşahidəçiləri onların fəaliyyətinin bu seçkiyə legitimlik vermək üçün istifadə oluna bilməyəcəyini də xüsusi vurğulayırlar.

Avropa Şurası Parlament Assambleyasının noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisini müşahidə edən missiyasının 3 üzvü yaydığı bəyanatında bu seçkini “azad, ədalətli və demokratik seçkiyə doğru bir addım hesab edə bilməyəcəklərindən” məyusluq ifadə ediblər.

Noyabrın 2-də yayılan bəyanatda deyilir: “Bu seçkilərdə qeydə alınmış texniki nailiyyətlərə baxmayaraq, ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, habelə toplaşma və birləşmə azadlığının vəziyyəti azad və demokratik seçki keçirmək üçün vacib olan ilkin şərtləri təmin etmir.”

Müşahidəçilər daha çox aşağıdakı qüsurları qeydə aldıqlarını bildirirlər:

Namizədliyin irəli sürülməsində əsas insan haqları pozuntuları,
Jurnalistlər və digər tənqidi fikir ifadə edənlərə qarşı əsassız, yaxud selektiv cinayət ittihamlarının tətbiqinin intensivləşməsi,

“İcazəsiz” ictimai toplaşmalar təşkil edən və onlarda iştirak edən şəxslərə qarşı inzibati həbslərin artması,

Toplaşma azadlıqlarına qoyulmuş məhdudiyyətlər və xüsusilə də nümayişləri dağıtmaq üçün hüquq mühafizə orqanları əməkdaşlarının ifrat güc tətbiq etməsi,

Xüsusilə insan hüquqları sahəsində çalışan və hökumətə qarşı tənqidi mövqe tutan QHT-lərin işinə törədilən maneələrin artması,

Bəyanat müəllifləri qeyd edirlər ki, QHT qanunu ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası tərəfindən ifadə olunmuş problemlər nəzərə alınmayıb. Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, o cümlədən Leyla Yunus, Arif Yunusov, İntiqam Əliyev və Rəsul Cəfərov hazırda həbsdədirlər.

Qed edilir ki, bundan əvvəlki parlament seçkisindən bəri bir sıra media qurumları bağlanıb. Bunların arasında Azad Avropa Radiosu / Azadlıq Radiosunun Bakı ofisi də var. Müstəqil qəzet olan “Azadliq” defamasiya iddiası üzrə başlanmış və hələ də bitməmiş məhkəmələrin çıxardığı cərimə qərarları ilə üz-üzədir.

Sənəddə həmçinin Venesiya Komissiyasının Seçki Məcəlləsi, xüsusən də seçki komissiyalarının tərkibi və namizədlərin qeydə alınması ilə bağlı tələblərinin nəzərə alınmadığı bildirilir.

AŞPA müşahidəçiləri onların fəaliyyətinin bu seçkiyə legitimlik vermək üçün istifadə oluna bilməyəcəyini də xüsusi vurğulayırlar:

“Təəssüf hissi ilə qeyd edirik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin
(OSCE/ODIHR) öz seçki müşahidə metodologiyasını tətbiq etməsi üçün yetərli sayda uzunmüddətli müşahidəsçi göndərməsinin qarşısı alınıb.”

Biz Azərbaycana Azərbaycan xalqına və onun hökumətinə dərs keçməyə gəlməmişik.
Parlament Assambleyası Bürosunun çoxluğu Azərbaycanda seçki gününü maşahidə etmək etmək üçün beynəlxalq seçki müşahidə missiyasının göndərilməsinə səs verib.Bu isə aıq-aşkar qeyri-demokratik olan seçki prosesinə legitimlik donu geydirmək kimi yozula bilər.
Parlament Assambleyasının təsdiq etdiyi Beynəlxalq Seçki Müşahidə Prinsipləri Bəyannaməsinə uyğun olaraq bizim bu seçkilərdə burada olmamızın belə bir legitimliyə dəlalət etmədiyi barədəbəyanat qəbul etməkdən başqa alternativimiz yoxdur.”

Bəyanat missiyanın üç üzvü tərəfindən imzalanaraq təsdiq edilib:

Ute Finckh-Kraemer- Almaniya Bundestaqının üzvü, Almaniya Sosial-Demokrat Partiyası,
Michael McNamara – İrlandiya Parlamentinin üzvü, İrlandiya Fəhlə Partiyası və
Frank Schwabe – Almaniya Bundestaqının üzvü, Almaniya Sosial-Demokrat Partiyası

Daha sonra bildirilir ki, bu bəyanat Missiyaın yekun hesabatının tamamlanmasına qədər digər AŞPA SMM üzvləri tərəfindən tanınmağa açıqdır.

AŞPA Müşahidə Missiyası adından yayılan ilkin hesabatda isə qeyd edilir ki, «Səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib».

Hələlik Azərbaycan rəsmilərindən bu sənədlər bağlı hər hansı reaksiya səslənməyib. Amma rəsmilər ölkədə azad seçkiyə şərait olmaması, seçkilərin saxtalaşdırılması iddialarını bir qayda olaraq rədd edirlər.

Bu seçkini eyni iddialarla Azərbaycan müxalifətinin əksər hissəsi də boykot edib.

XS
SM
MD
LG