Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

S.Rüstəmxanlı: "Azərbaycan İrana nota verə bilərdi"


Təbrizdə kütləvi aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Təbrizdə kütləvi aksiyadan görüntülər

►"Azərbaycan ictimaiyyəti ölkə kənarında baş verənlərə laqeyddir."

Türklər Səttarxan ilə əhdü peyman etdilər,

Zülmü istibdadə qarşı nifrət elan etdilər,

Millətə, milliyyətə can nəqdi qurban etdilər...

İranda yaşayan Azərbaycan türkü İbrahim Savalan söhbətə Mirzə Ələkbər Sabirin “Səttarxana” şeiri ilə başlayır. Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Mircəfər Pişəvəri və digərlərinin başçılığa ilə gedən mübarizələri yada salır.

Deyir ki, elə o vaxt da, indi də əsas gözləntiləri bu mübarizənin daha geniş yayılmasıdır:

“Bizim mübarizədə Qüzey Azərbaycanda yaşayan bacı-qardaşlarımız hər zaman yanımızda olublar, dəstək veriblər. O dövrlərin yazarları və qəzetçiləri bizim səsimizin daha çox yayılmasına çalışırdı. M.Ə.Sabir “Səttarxana” adlı şeirində bu hərəkatın məqsədi, amalı, mübarizə yolunun yayılmasında böyük addım idi. M.Ə.Rəsulzadə baş verənlərlə bağlı “İqbal” qəzetində gündəlik yazılar verirdi. Bu baxımdan bizim indi də Bakıdan bu mücadilənin daha çox yayılması ilə bağlı gözləntimiz var”.

İbrahim Savalan
İbrahim Savalan

İbrahim Salavan deyir ki, ağır durum davam edir. Noyabrın 12-dəki aksiyada Əhər şəhərində həbs olunanlar çox olub.

AKSİYALAR 5 GÜNDÜR DAVAM EDİR...

Biz öz ana dilimizdə danışmaq, oxumaq istəyirik! İstəyirik ki, uşaqlarımız türk dilində oxusunlar, istəyirik ki, türk olduğumuza görə basqı və təzyiqlərlə üzləşməyək.

İran Azərbaycanında etirazlar noyabrın 8-dən etirazlar başlayıb. Etirazlara “İRİB TV-2” kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişindəki bir hekayə səbəb olub. Uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.

Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir...

İlk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib. Onlar "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib.

BAKIDAN LAYQEYDLİK?

Eyni tələbli aksiyalar Bakıda da olub. Millətçi Gənclər Təşkilatı noyabrın 11-də İranın Bakıdakı səfirliyi önündə etiraz ediblər. Bu təşkilatın idarə heyətinin üzvü Müşfiq Vəliyev düşünür ki, bu televiziya proqramı ilə təkcə İranda yaşayanlar yox, bütün Azərbaycan təhqir olunub:

Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

“Amma çox təəssüf olsun ki, rəsmi Bakıdan, eləcə də ictimaiyyətdən təpki elə də ürəkaçan olmadı. Azərbaycan ictimaiyyəti nəinki ölkə kənarında, həm də ölkə daxilində baş verənlərə laqeyddir. Ona görə də toplumun təpkisi gözəçarpan olmadı. Rəsmi Bakı azı bir nota verə bilərdi. Heç bunu belə etmədi”.

“AZƏRBAYCANLILARA İKİNCİ SİNİF KİMİ BAXILIR”

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

Noyabrın 12-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda yaşayan azərbaycanlıların etirazı ilə bağlı tədbir keçirib. Xarici qonaqların da qatıldığı tədbirdə İranda yaşayan azərbaycanlılara dəstək yolları müzakirə olunub.

Bütün Azərbaycan türkləri tənqid olunub və bununla bağlı Azərbaycan hökuməti də İrana bir nota verə bilərdi.

DAK-ın həmsədri Sabir Rüstəmxanlı 9 il əvvəllə müqayisədə indi Bakıdan dəstəyin daha yaxşı olduğu qənaətindədir. Amma bunu yetərli saymır:

“9 il öncə də bənzər etirazlar olmuşdur. Həmin dövrlə müqayisədə indi Bakıdan İrandakı soydaşlarımıza dəstək daha yaxşıdır. Amma təbii ki, bu yetərli deyil. Biz İranla bağlı bir tədbir keçirən kimi, sərt bir fikir bildirən kimi Azərbaycana nota verirlər. Bütün Azərbaycan türkləri tənqid olunub və bununla bağlı Azərbaycan hökuməti də İrana bir nota verə bilərdi. Ona görə də hökumətin bu susqunluğunu anlamıram. Min illərdir İranda yaşayan türklər təhqir olunur, türklərə ikinci sinif kimi baxılır. Məktəbimiz yoxdur, mətbuatımız yoxdursa, öz ana dilində danışdığına görə təzyiqlər varsa, deməli təhqir illərdir davam edir. Təhqir bir veriliş və ya bir karikatura ilə olmur”.

Gözlə

No media source currently available

0:00 0:03:15 0:00
Direct-ə keçid

ETİRAZLARIN BİR NƏTİCƏSİ OLACAQMI?

Sabir Rüstəmxanlının xatırlatdığı etirazlar 9 il əvvəl yarımrəsmi "İran" qəzetinin uşaqlar üçün "Kudək"(Bəbə) adlı bazar buraxılışında çap etdiyi karikatura ilə bağlı olub. 2006-cı ilin mayın 12-də çap olunan karikaturada uşaq tarakanla fars dilində damışmağa çalışır, tarakansa ona azərbaycanca cavab verərək "Nəmənə?" (Təbriz ləhcəsində "nə") deyir.

Həmin karikaturaya etiraz olaraq İranın Təbriz, Ərdəbil, Xoy, Sulduz və başqa şəhərlərində azərbaycanlılar kütləvi aksiyalar keçirmişdilər.

Ən böyük aksiya Təbrizdə təşkil edilmiş, iğtişaşlara çevrilmiş, polislə qarşıdurma olmuşdu.

Rəsmi məlumatlara görə 4 nümayişçi ölmüş, 330 nəfər həbs edilmişdi.

Hüquq müdafiəçiləri bu rəqəmlərin kiçildilmiş olduğunu deyirlər.

Bu günlərdə davam edən aksiyanın nə qədər çəkəcəyi hələki bəlli deyil. Etirazların fəal iştirakçısı İbrahim Salaman deyir ki, onların mübarizəsi illərdir yığılıb. İstəkləri isə azadlıqdır:

“Biz öz ana dilimizdə danışmaq, oxumaq istəyirik! İstəyirik ki, uşaqlarımız türk dilində oxusunlar, istəyirik ki, türk olduğumuza görə basqı və təzyiqlərlə üzləşməyək”.

XS
SM
MD
LG