Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Rafiq Tağının bıçaqlanmasından 4 il ötür, qatil hələ də tapılmayıb


Rafiq Tağı
Rafiq Tağı

- Noyabrın 19-da axşam saatlarında naməlum kəs tərəfindən bıçaqlanan yazıçı Rafiq Tağı 23 noyabrda saat 15.30 radələrində müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə qəflətən dünyasını dəyişdi.

Deyirlər, Rafiq Tağı iki dəfə öldürülüb.

Xəstəxananın baş həkimi Tərlan Bəbirovun dediyinə görə, Rafiq Tağının vəziyyəti normal olub. Lakin qəfildən vəziyyəti pisləşib.

Rafiq Tağı öldü, yoxsa aradan götürüldü? - bu sualın cavabı hələ də müəmmalıdır.

Rafiq Tağı hekayələr, şeirlər, həmçinin ictimai mövzularda azadfikirli esselər yazırdı.

Prokurorluq cinayət işinə xitam verib və bunu belə əsaslandırıb:

"Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb."

Yazıçını bıçaqlanandan sonra, noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov AzadlıqRadiosuna açıqlamasında hadisə baş verən vaxt Rafiq Tağının yanında olmadığını demişdi.

“Ağır xəstəydi, ancaq öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal idi. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş.

Qəfildən halı pisləşib, yanında olanlar həkimləri çağırıblar. Bizim təxmini fikirləşdiyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub ölüb. Biz başqa səbəb tapa bilmirik. Yenə dəqiq deyə bilmərəm, məhkəmə orqanları öz sözlərini deyərlər”.

Məhkəmə orqanları isə heç nə demədilər.

Həmin gün baş verənləri bir daha xatırlayaq.

Rafiq Tağı vəfatından bir saat əvvəl
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Oxu Zalı

XS
SM
MD
LG