Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Fransa səfiri Leyla Yunusdan danışdı


Fransa bayrağı.
Fransa bayrağı.

-

«Fransa hökuməti həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun işini diqqətlə izləyir», - Fransanın Azərbaycandakı səfiri Aurélia Bouchez «Turan»ın «Fransa L.Yunusun taleyini Azərbaycan hökuməti ilə müzakirə edirmi» sualının cavabında deyib.

Səfir qeyd edib ki, söz azadlığı və insan hüquqları Fransa üçün çox önəmlidir.

L.Yunusa gəlincə, Fransa prezidenti François Hollande Bakıya səfəri zamanı onunla görüşüb.

Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar və L.Yunusla bağlı vəziyyəti izləməyə davam edirlər.

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Bu ilin avqustunda onlar 8 il yarım və 7 il azadlıqdan məhrum ediliblər. Yunuslar cütlüyü iqtisadi cinayətlərdə ittiham olunurlar.

Ötən həftə Apellyasiya Məhkəməsi ölkədən çıxmamaq barədə iltizamla A.Yunusu həbsdən azad edib.

XS
SM
MD
LG