Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

Araq və siqaret kartla satılacaq


Foto arxiv
Foto arxiv

-

Prezident İlham Əliyev Azərbaycan İnzibati Xətalar Məcəlləsində spirtli içkilərin nağd qaydada satışının, eləcə də tütün məhsullarının topdan nağd satışının qadağan edilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında qanunu təsdiqləyib. (Trend)

Dəyişikliklərdə tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markalı məhsulların nağd qaydada xeyli miqdarda satılması, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alınmasına görə1000 manatdan 2000 manatdək cərimə, 1 ilədək islah işləri və ya bir ilədək həbs cəzası nəzərdə tutulur.

Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək həbs cəzası verilə bilər.

Xeyli miqdar deyiləndə 50 manatdan 1000 manatadək, külli miqdarda isə 1000 manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.

Buna da bax: Fuad Qəhrəmanlı barədə cinayət işi başlandı

Amma dəyişikliklər siqaretlərin kiçik sayda pərakəndə satışına imkan verir, yəni yalnız şəxsi istifadə üçün. Əgər siqaretlər satış məqsədilə alınırsa, onda bu məbləğ yalnız bank və ya ödəniş kartları ilə ödənilməlidir.

Əks halda 100 manat cərimə tətbiq ediləcək.

Dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Fins.az yazır ki, alkoqollu içkilər və siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələr sayılırdı. Özü də bu sahədə əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır. Belə ki, indiyədək mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə, faktura ala bilmirdilər. Bu isə nəinki həm topdansatış məntəqələrinin vergidən yayınmasına imkan verirdi. Həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradır və ya onların işində problemlərə səbəb olurdu. Qanunlara ediləcək son dəyişikliklər isə bu halların qarşısını almalıdır.

XS
SM
MD
LG