Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

İlham Əliyev manatdan danışdı və… xəbərdarlıq etdi


İlham Əliyev
İlham Əliyev

-

«Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib».

Bunu prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

«MANATIN DEVALVASİYASI QAÇILMAZ İDİ»

Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. «Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb».

«NEFTİN UCUZLAŞMASI DÜŞÜNÜLMÜŞ SİYASƏTDİR»

İlham Əliyev düşünür ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur:

«Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün. Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir».

İlham Əliyev fevral ayında belə deyirdi:

«SÜNİ BAHALAŞMAYA GÖRƏ CƏZALAR SƏRTLƏŞDİRİLƏCƏK»

İlham Əliyev deyib ki, hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub.

«Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək», - dövlət başçısı əlavə edib.

Dekabrın 21-də manatın məzənnəsi sərbəst buraxılıb. Mərkəzi Bankın qərarından sonra 1 dollar 1,55 manat olub. Ərzağın, başqa tələbat mallarının qiyməti qalxıb.

AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG