Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Kadırov onu "biabır edən" qadını danlayır- [Video]


Ayshat Inayeva (sağda)
Ayshat Inayeva (sağda)

►"Təkcə siz yemək yeyə bilərsiniz? Təkcə siz içə bilərsiniz?"

Keçən həftə bir çeçen kəndində sosial işçi kimi çalışan Ayşat İnayeva elektrik, su və qaza olan borclarını ödəyərkən qəzəblənib (maaşdan çıxılır) və müdirəsinin onun maaşından “gələcək kommunal xərclər üçün” 3000 rubl tutması barədə Whatsaap-da danışıb.

Whatsaap vasitəsilə yayılmış iki dəqiqəlik audioyazıda o, 39 yaşlı çeçen lideri Ramzan Kadırovu ittiham edib.

“Siz bizdən nə istəyirsiniz? Axı siz bizə imkan vermirsiniz maaşımızı adam kimi evə aparıb çıxaraq. Təkcə siz yemək yeyə bilərsiniz? Təkcə siz içə bilərsiniz? Təkcə sizin yaşamaq haqqınız var?” - deyə o, çeçen dilində Kadırova müraciət edib.

(Ardı aşağıda)

​İkicə gündən sonra qaraqabaq İnayevanı dövlət televiziyası göstərirdi. Ona, guya “padşaha” birbaşa müraciət etmək imkanı verilmişdi. Çeçenlər “açıq dialoq” formatında Kadlrovun yanında bu sözü tez-tez işlədirmişlər.

Kadrlarda açıq-aşkar pərt görünən həyat yoldaşı ilə yanaşı oturmuş İnayeva parlamentin spikeri, prezident admiistrasiyasının rəhbəri və özünün müdirəsinin yanında öz sözlərini geri götürür.

Buna da bax: Dükanlarda yeni qiymətlər- [Fotolar]

Kadırov onun audiomüraciətindən hissələri səsləndirir və bu zaman İnayeva yerə baxaraq arada başındakı yaylıqla burnunu silir.

Biz acından öləcəyik, səninsə vecinə də deyil. Təki sənin işlərin yaxşı getsin, təki sənin tikintilərin yaxşı getsin.

İki gün əvvəl İnayeva Kadırovun eqoizmi barədə danışırdı.

“Biz acından öləcəyik, səninsə vecinə də deyil. Təki sənin işlərin yaxşı getsin, təki sənin tikintilərin yaxşı getsin. Öz artistlərinə ev, maşın verirsən. ...Adi insanlara niyə vermirsən?” - deyə qadın soruşurdu.

Bundan sonra Kadırov özünün məxsusi mərhəmətini göstərmək imkanından istifadə edib.

“Mənim səni cəzalandırmaq fikrim yoxdur. Mən istəyirəm ki, sən, sadəcə olaraq, mənə və insanlara başa salasan ki, bu tamaşanın mənası nədir? Mən xalqdan pulları necə oğurlamışam?” deyə tez-tez İnstaqramda öz ekzotik heyvan kolleksiyasının şəkillərini dərc edən Kadırov soruşur.

Dövlət kanalının reportajında İnayeva əsasən susur, Kadırov və onun köməkçiləri isə ona büdcə pullarının hara – yeni uşaq bağçalarına, yollara, elektrik və su xətlərinə xərcləndiyini izah edir.

Qısaqol maykada oturmuş Kadırovun arxasında atası, Çeçenistanın keçmiş prezidenti Axmat Kadırovun portreti, məscid təsviri və “Uğura aparan yol – arzu et, dua et, hərəkət et” yazısı var. var. Kadr arxasında isə jurnalist qadın İnayevanı məzəmmət edir.

Ayşat İnayevanın həyat yoldaşı Maqomed İdiqov da kamera qarşısında üzr istəyərək deyib ki, arvadına göz qoymadığına və ona belə bir yalanı yaymağa imkan verdiyinə görə özünü qınayır.

“Mən bilmirəm bu nə şeytandır onun içinə girib. Bizim insanlarımız xaricdə olanlara qulaq asıb bizim Çeçenistanımıza və padşaha belə qara yaxırlar,” deyə o əlavə edib.

Bu görüş televiziyada göstəriləndən sonra qadının qəddarcasına döyüldüyü və xəstəxanaya yerləşdirildiyi barədə şayiələr yayılıb. Ancaq Azadlıq Radiosunun Şimali Qafqaz bürosunun verdiyi məlumata görə İnayeva salamatdır və işləməyə davam edir.

XS
SM
MD
LG